Hüquqi və fiziki şəxslər üçün hər cür tərcümə xidmətləri!

"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.

Apostil və leqallaşdırma

Apostil və leqallaşdırma Siz daimi yaşayış üçün xaricə getməyə hazırlaşırsınız, təhsilinizi Azərbaycandan kənarda davam etdirmək istəyirsiniz, xaricdə əmlak alırsınız, hüquqi şəxs təsis edirsiniz və ya şirkətinizin nümayəndəliyini açırsınız? Əksər bu kimi hallarda Sizdən sənədlərinizin notarial qaydada təsdiq tərcüməsi ilə yanaşı leqallaşdırılması və ya apostil vurulması tələb oluna bilər.

Gedəcəyiniz yerdən asılı olaraq, sənədlərin leqallaşdırılmasının iki qaydası vardır: apostil vurulması və konsul leqallaşdırması.

APOSTİL - benəlxalq səviyyədə sənədlərin etibarlılığının sadələşdirilmiş təsdiqi vasitəsidir. Apostil Haaqa konvensiyasının iştirakçısı olan istənilən dövlətin ərazisində sənədlərinizin qanuniliyini təmin edir.

Apostil ştampının vurulması sənədin leqallaşdırılması prosesinin asanlaşdırılması üçün 5 oktyabr 1961-ci il Haaqa konvensiyası tərəfindən tətbiq edilmişdir. Təsdiqlənən sənədin üzərinə xüsusi ştamp - "Apostille" vurulur ki, bu da sənədə hüquqi qüvvə qazandırır.

Apostil sənədin üzərinə vurulan düzbucaqlı formasında ştampdır. Apostildə vəzifəli şəxsin möhürü və imzasıı olur.

Qeyd etmək lazımdır ki, Apostil ştampı yalnız sənədin rəsmiləşdirildiyi və verildiyi ölkənin ərazisində həmin sənədin üzərinə vurula bilər.

Apostil ştampı aşağıdakı sənədlərə vurula bilər:
- Təhsil sənədləri
- DİN arayışları
- VVAQ tərəfindən verilmiş sənədlər
- Rəsmi sənədlərin notarial surətləri

KONSUL leqallaşdırması - xarici iqtisadi fəaliyyət zamanı sənədlərin leqallaşdırılması üsullarından biridir. Konsul leqallaşdırması Apostil ştampının vurulmasına analoji olan prosesdir, lakin Apostildən fərqli olaraq, xarici rəsmi sənədlərin leqallaşdırılmasına tələbin ləğvi haqqında Haaqa konvensiyasına (5 oktyabr 1961-ci ildə imzalanmışdır) üzv olmayan ölkələrin təşkilatları ilə sənəd mübadiləsi zamanı tətbiq edilir.

Konsul leqallaşdırması - Apostil ştampının vurulmasından fərqli olaraq, mürəkkəb çoxpilləli prosedurdur. Bu prosedur xaricə göndərilən sənədin onu vermiş ölkənin qanunlarına müvafiq olduğunu təsdiq edir. Leqallaşdırma vəzifəli şəxsin imzasının və həmin vəzifəli şəxsin aid olduğu təşkilatın möhürünün mərhələli şəkildə təsdiqlənməsindən ibarətdir.

Belə ki, leqallaşdırılmalı olan hər bir sənəd aşağıdakı mərhələləri keçməlidir:
- notarius tərəfindən təsdiqlənmə (tərcümənin və tərcüməçinin imzasının təsdiqlənməsi ilə bərabər),
- Ədliyyə Nazirliyi tərəfindən notariusun imzasının təsdiqlənməsi,
- Konsulluqda Ədliyyə Nazirliyinin möhürünün və səlahiyyətli vəzifəli şəxsin imzasının təsdiqi,
- sənədi qəbul edən dövlətin konsulluğunda növbəti təsdiqlənmə.

Hansı hallarda leqallaşdırma tələb olnmur?
- əgər sənədin təqdim ediləcəyi idarə və ya təşkilat sənədin leqallaşdırılmasını tələb etmirsə;
- sənədinizi təqdim edəcəyiniz idarə və ya təşkilatın yerləşdiyi dövlətlə Azərbaycan arasında sənədlərin mütləq leqallaşdırılmasının ləğv edilməsi haqqında ikitərəfli müqavilə imzalanmışsa;
- əgər sənəd leqallaşdırılması tələb olunan sənəd növlərinə aid deyilsə.

Digər hallarda sənədin xaricə göndərilməsi üçün leqallaşdırılması prosesi mütləqdir.

Apostil və leqallaşdırmanın qimətini öyrənmək üçün menecerlərimizlə əlaqə saxlayın.

Sizin istəyinizə uyğun olaraq, sənədlərinizi "S&K Translation" Tərcümə Mərkəzinin möhürü ilə təsdiqləyə bilərik. Bu xidmət üçün müştərilərimizdən əlavə ödəniş tələb olunmur.

Sualınız var?
Daha ətraflı və dəqiq məlumat almaq üçün menecerlərimizlə əlaqə saxlayın!

Necə sifariş vermək olar?

Qiymətləndirin:
Sifarişinizin qiymətinin müəyyən edilməsi üçün materialı sktranslationcenter@mail.ru elektron ünvanına və ya WhatsApp vasitəsilə 055 380 91 56 nömrəsinə göndərin.

Razılaşdırın:
Tərcümənin şərtləri, qiyməti və müddətini telefonla və ya elekron poçt vasitəsilə müzakirə edək.

Tərcümənin keyfiyyətinin Sizin tələblərinizə uyğun olub-olmadığını dəqiqləşdirmək istərdiniz?
Bunun üçün tərcümə mərkəzimiz ödənişsiz olaraq 1 səhifəlik (1800 işarə və ya 300 söz) test tərcüməsini həyata keçirməyə hazırdır.