"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.
Keyfiyyətli tərcümə
"S&K translation" Tərcümə Mərkəzi sınanmış və təcrübəli tərcüməçi bazası sayəsində hər bir müştəri üçün tərcümənin yüksək keyfiyyətinə zəmanət verir.
Peşəkar və təcrübəli tərcüməçilərlə əməkdaşlıq savadlı tərcümə meyarlarına müvafiq tərcümələri həyata keçirməyə imkan verir:
Dəqiqlik: mənanın verilməsi, mətnin ilkin materialla tam uyğunluğu.
Terminologiya: tərcümənin sifarişçinin qlossarisinə və tələblərinə uyğunluğu, terminologiyanın ardıcıl və uyğun terminologiyanın istifadə olunması.
Düzgünlük: dilin düzgün qrammatik və sintaktik qaydalarına əməl olunması, səhvlərin aradan qaldırılması.
Üslub: sifariçinin mətnin üslubuna qarşı tələbinin nəzərə alınması.
Məqsədimiz - müştəri məmnuniyyətidir.
İstər hüquqi şəxs olsun, istərsə də fiziki şəxs, hər bir müştərimizin sifarişinə fərdi yanaşır, müştəriyə uyğun vaxta və sərfəli qiymət müqabilində peşəkar səviyyədə tərcümə xidməti göstəririk.
Yekun məhsulun müştərinin gözlədiyi keyfiyyətə uyğun olması üçün biz konkret materialın tərcüməsi üzrə incəlikləri əvvəlcədən müştəri ilə müzakirə edirik. Bu isə müştərinin tərcümənin qeyri-peşəkar şirkətlərə etibar edilməsi nəticəsində meydana çıxan problemlərlə rastlaşmamasına imkan verir.
Məxfilik
Şirkətimiz müştəridən alınmış məlumatın məxfiliyi məsələsinə xüsusi əhəmiyyət verir. Biz tərcümə prosesində əməkdaşlarımıza məlum olan məlumatın gizli saxlanmasına və yayılmamasına zəmanət veririk. Tərcümə mərəzi və sifarişçi arasında xüsusi müqavilə imzalanmasa belə, şirlətimiz aldığı məlumatın məxfiliyini təmin edir.
Biz yalnız bilavasitə tərcümədə iştirak edən əməkdaşlarımızın müştərinin məlumatları ilə tanış olmasına nəzarət edirik. Tərcümə icra edildikdən sonra, sifarişə dair bütün məlumatı bütün daşıyıcılardan: elektron yaddaşdan, çap materiallarından, elektron poçtdan və s.-dən müştərinin tələbi əsasında silə bilərik.
Sizin istəyinizə uyğun olaraq, sənədlərinizi "S&K Translation" Tərcümə Mərkəzinin möhürü ilə təsdiqləyə bilərik. Bu xidmət üçün müştərilərimizdən əlavə ödəniş tələb olunmur.
Sualınız var?
Daha ətraflı və dəqiq məlumat almaq üçün menecerlərimizlə əlaqə saxlayın!
Necə sifariş vermək olar?
Qiymətləndirin:
Sifarişinizin qiymətinin müəyyən edilməsi üçün materialı sktranslationcenter@mail.ru elektron ünvanına və ya WhatsApp vasitəsilə 055 380 91 56 nömrəsinə göndərin.
Razılaşdırın:
Tərcümənin şərtləri, qiyməti və müddətini telefonla və ya elekron poçt vasitəsilə müzakirə edək.
Tərcümənin keyfiyyətinin Sizin tələblərinizə uyğun olub-olmadığını dəqiqləşdirmək istərdiniz?
Bunun üçün tərcümə mərkəzimiz ödənişsiz olaraq 1 səhifəlik (1800 işarə və ya 300 söz) test tərcüməsini həyata keçirməyə hazırdır.