"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.

Təsis sənədlərinin tərcüməsi
Təsis sənədləri qüvvədə olan qanunvericilik çərçivəsində hüquqi şəxsin fərdi xüsusiyyətlərini əks etdirir. Bu sənədlərdə şirkətinizə dair bir çox mühüm məlumatlar əks olunur, məsələn: şirkətin adı, yeri, fəaliyyətini idarəetmə qaydası və s. Təsis sənədlərinə nizamnamə, təsis müqaviləsi, qeydiyyat şəhadətnaməsi və s. aiddir.
Nizamnamənin və digər təsis sənədlərinin xarici dilə tərcüməsi aşağıdakı hallarda təcili lazım ola bilər:
- xarici ölkənin ərazisində hüquqi şəxsin qeydiyyatının təsdiqlənməsi üçün;
- qeydiyyat yerindən fərqli ölkədə hüquqi şəxsin filialını və ya bank hesabını açmaq istədiyiniz halda;
- şirkətinizin səhmdarları arasında xarici ölkə vətəndaşlaır olduğu halda;
- əgər xarici tərfdaşlarla sıx əməkdaşlıq edirsinizsə, mütəmadi olaraq Siz hüquqi sənədlərin tərcüməsi zərurəti ilə qarşılaşacaqsınız;
- xarici banklardan kredit alarkən Sizdən bütün təsis sənədlərinizin tərcümə edilmiş surətləri tələb olunacaq.
Bu cür tələblərə əvvəlcədən hazır olmağınız vaxt itkisinin qarşısını alaraq, işinizin xeyrinə olar.
Nəzərə alın ki, rəsmi hüquqi sənədlərin tərcüməsi yalnız notarial qaydada təsdiq olunduqdan sonra qüvvəyə minir.
Şirkətinizin fəaliyyətini tənzimləyən və xarici tərəfdaşlarla əməkdaşlığın xarakterinə bilavasitə təsir edən hüquqi sənədlərinizin tərcüməsinə ehtiyac yarandığı halda, unutmayın ki, məlumatın təhrif olunmasının qarşısını almaq üçün, bu cür sənədlərin tərcüməsi zamanı ən cüzi qeyri-dəqiqliklərin və xətaların olması yolverilməzdir.
İstənilən hüquqi səbədlərin, xüsusən də nizamnamənin və təsis sənədlərinin tərcüməsi zamanı tərcüməçinin tələb olunan dilləri yaxşı bilməyindən savayı, hüquqi dilin konstruktiv xüsusiyyətlərini anlamalı, onun üslub qaydalarına riayət etməlidir. Həmçinin tərcüməçidən yüksək diqqət tələb olunur. Çünki hüquqi sənədlərdə xəta və qeyri-dəqiqliklər sifarişçinin işində mənfi nəticələrə gətirib çıxara bilər.
"S&K translation" Tərcümə Mərkəzində təsis sənədlərinin və nizamnamənin tərcüməsi yalnız peşəkar dilşünas-tərcüməçilərə həvalə olunur. Uzun müddətli iş təcrübəsi həm tərcümənin dəqiqliyinə, həm də yekun nəticənin rəsmi-işgüzar üslubun bütün tələblərinə, eləcə də hüquq sahəsində qəbul olunmuş leksika və terminologiyaya uyğun olmasına və bizə etibar edilmiş məlumatların məxfiliyinin qorunmasına zəmanət verməyimizə imkan yaradır.
Sizin istəyinizə uyğun olaraq, sənədlərinizi "S&K Translation" Tərcümə Mərkəzinin möhürü ilə təsdiqləyə bilərik. Bu xidmət üçün müştərilərimizdən əlavə ödəniş tələb olunmur.
Sualınız var?
Daha ətraflı və dəqiq məlumat almaq üçün menecerlərimizlə əlaqə saxlayın!
Necə sifariş vermək olar?
Qiymətləndirin:
Sifarişinizin qiymətinin müəyyən edilməsi üçün materialı sktranslationcenter@mail.ru elektron ünvanına və ya WhatsApp vasitəsilə 055 380 91 56 nömrəsinə göndərin.
Razılaşdırın:
Tərcümənin şərtləri, qiyməti və müddətini telefonla və ya elekron poçt vasitəsilə müzakirə edək.
Tərcümənin keyfiyyətinin Sizin tələblərinizə uyğun olub-olmadığını dəqiqləşdirmək istərdiniz?
Bunun üçün tərcümə mərkəzimiz ödənişsiz olaraq 1 səhifəlik (1800 işarə və ya 300 söz) test tərcüməsini həyata keçirməyə hazırdır.