Hüquqi və fiziki şəxslər üçün hər cür tərcümə xidmətləri!

"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.

Texniki tərcümə

Texniki tərcümə


Texniki tərcümə - texniki mətnlərin və sənədlərin tərcüməsidir.

"S&K translation" Tərcümə Mərkəzində elmi ədəbiyyatdan başlamış avadanlıqların istismarı üzrə təlimatlara qədər hər növ materialların tərcüməsi həyata keçirilir.

Elmi-texniki tərcümələr - ən mürəkkəb, eyni zamanda yüksək tələbat olan növlərdən biridir. Sənədlərin texniki tərcüməsi xarici texnika avadanlıq istehsalçıları ilə sıx əməkdaşlıq zamanı zəruri ehtiyaclardan biridir.

Əksər iri və orta şirkətlər tərəfindən sənaye autsorsinqinin tətbiq edildiyi qloballaşma şəraitində keyfiyyətli elmi-texniki tərcümə tərəf müqabilinin tələb və arzularını anlamağa, məhsulun istehsalını və satışını planlaşdırmağa imkan verir. Bu zaman texniki tərcümələr hər iki tərəfdə proseslərin, texnologiyaların və avadanlıqların bütün incəlikləri və xüsusiyyətləri haqqında tam təsəvvür yaratmalıdır.

Təlimatların elmi-texniki tərcüməsi, məsələn, şirkətinizin xarici dil bilməyən əməkdaşlarının yeni cihaz və avadanlıqların bütün xüsusiyyətləri ilə tanış olmasına yardımçı ola bilər.

Təlimatın tərcüməsi müvafiq terminologiyanın spesifikasına bələd olmağı tələb edir. Sənədlərin qeyri-dəqiq tərcüməsi bahalı avadanlığın işində nasazlıqlara səbəb olaraq, maddi itkilərə gətirib çıxara bilər. Buna görə də, bu iş yalnız peşəkar mütəxəssislərə etibar olunmalıdır.

Tərcümə mərkəzimiz dünyanın bütün aparıcı dillərində təlimatların keyfiyyətli tərcüməsini həyata keçirir.

Sizin istəyinizə uyğun olaraq, sənədlərinizi "S&K Translation" Tərcümə Mərkəzinin möhürü ilə təsdiqləyə bilərik. Bu xidmət üçün müştərilərimizdən əlavə ödəniş tələb olunmur.

Sualınız var?
Daha ətraflı və dəqiq məlumat almaq üçün menecerlərimizlə əlaqə saxlayın!

Necə sifariş vermək olar?

Qiymətləndirin:
Sifarişinizin qiymətinin müəyyən edilməsi üçün materialı sktranslationcenter@mail.ru elektron ünvanına və ya WhatsApp vasitəsilə 055 380 91 56 nömrəsinə göndərin.

Razılaşdırın:
Tərcümənin şərtləri, qiyməti və müddətini telefonla və ya elekron poçt vasitəsilə müzakirə edək.

Tərcümənin keyfiyyətinin Sizin tələblərinizə uyğun olub-olmadığını dəqiqləşdirmək istərdiniz?
Bunun üçün tərcümə mərkəzimiz ödənişsiz olaraq 1 səhifəlik (1800 işarə və ya 300 söz) test tərcüməsini həyata keçirməyə hazırdır.