"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.
"S&K translation" Tərcümə Mərkəzi sənədlərin və tərcümən notarial qaydada təsdiqini həyata keçirir.
Yazılı tərcümənin notarial qaydada təsdiqi proseduru sənədin tam hüquqi qüvvəyə malik olmasını təmin edir: notarius tərəfindən təsdiqlənmiş sənədlər bütün dövlət idarə və təşkilatları tərəfindən qəbul edilir.
Notarial tərcümələr məsuliyyətli yanaşma, yüksək peşəkarlıq və diqqət tələb edir. Tərcümə mərkəzimizdə fəaliyyət göstərən zəngin təcrübəyə malik ali təhsilli tərcüməçilər istənilən mürəkkəblik dərəcəsinə malik sənədlərin keyfiyyətli tərcüməsini həyata keçirirlər.
Nizamnamənin, etbarnamənin, müqavilənin, sertifikatın, protokolun və digər sənədlərin tərcüməsi mütəxəssislərimiz tərəfindən qısa müddət ərzində yerinə yetirilir və notarial qaydada təsdiqi həyata keçirilir. Bundan sonra notarial qaydada təsdiqlənmiş tərcümənin üzərinə apostil qoyula bilər.
Tərcümənin son səhifəsində tərcüməçi imzasını qoyur, notarius isə onun imzasının həqiqiliyini təsdiq edir.
Notarial qaydada təsdiqlənən tərcümənin qiyməti tərcümənin qiymətinin (tərcümənin həcmindən və istiqamətindən asılıdır) və tərcümənin notarius tərəfindən təsdiqlənməsi qiymətinin cəmindən ibarətdir.
Təsdiqləmə zamanı tərcümə sənədin əslinə (məsələn, ərizə, arayış, etibarnamə, qərar, bildiriş, və s. tərcüməsi) və ya surətinə (məsələn, pasport, vəsiqə, diplom, şəhadətnamələr və s. tərcüməsi) tikilir və müvafik olaraq, notarius rüsumu fərqli hesablanır.
Sizin istəyinizə uyğun olaraq, sənədlərinizi "S&K Translation" Tərcümə Mərkəzinin möhürü ilə təsdiqləyə bilərik. Bu xidmət üçün müştərilərimizdən əlavə ödəniş tələb olunmur.
Sualınız var?
Daha ətraflı və dəqiq məlumat almaq üçün menecerlərimizlə əlaqə saxlayın!
Necə sifariş vermək olar?
Qiymətləndirin:
Sifarişinizin qiymətinin müəyyən edilməsi üçün materialı sktranslationcenter@mail.ru elektron ünvanına və ya WhatsApp vasitəsilə 055 380 91 56 nömrəsinə göndərin.
Razılaşdırın:
Tərcümənin şərtləri, qiyməti və müddətini telefonla və ya elekron poçt vasitəsilə müzakirə edək.
Tərcümənin keyfiyyətinin Sizin tələblərinizə uyğun olub-olmadığını dəqiqləşdirmək istərdiniz?
Bunun üçün tərcümə mərkəzimiz ödənişsiz olaraq 1 səhifəlik (1800 işarə və ya 300 söz) test tərcüməsini həyata keçirməyə hazırdır.