Hüquqi və fiziki şəxslər üçün hər cür tərcümə xidmətləri!

"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.

Tibbi tərcümə

Tibbi tərcümə


Müasir dövrdə çox insanlar bu və ya digər səbəbdən xarici tibbi müəssisələrə müraciət edirlər. "S&K translation" Tərcümə Mərkəzi dil maneəsini aşaraq, heç bir mühüm məqamı nəzərdən qaçırmadan xarici tibbi müəssisələrin xidmətlərindən istifadə etməyinizə və sağlamlığınız barədə tam məlumat almağınıza yardımçı olmağa hazırdır.

"S&K translation" Tərcümə Mərkəzi tibbi sənədlərin tərcüməsinə xüsusi əhəmiyyət verir.

Tibbi tərcüməni həyata keçirərkən tərcüməçinin üzərinə böyük məsuliyyət düşür, çünki insanların sağlamlığı, bəzən hətta həyatı müəyyən dərəcədə tərcüməçinin işindən asılı olur. Məhz buna görə də biz tibbi tərcümələrin yerinə yetirilməsi zamanı qeyri-dəqiqliyə və ikimənalılığa yol verə bilmərik.

Tibbi tərcüməyə aşağıdakılar aiddir:
- Müxtəlif diaqnoz sənədləri
- Xəstəlik tarixçələri
- Dərman preparatlarının içlik vərəqələri
- Elmi mətnlər (məqalələr, məruzələr, dissertasiyalar və s.)
- Tibbi avadanlığın sənədləri
- Tibbi tədqiqatların materialları və s.

Bizim tərcüməçilərimiz həcmindən, müəkkəblik dərəcəsindən və müddətindən aslı olmayaraq, istənilən sifarişi tam keyfiyyətlə yerinə yetirməyə hazırdırlar.

Sizin istəyinizə uyğun olaraq, sənədlərinizi "S&K Translation" Tərcümə Mərkəzinin möhürü ilə təsdiqləyə bilərik. Bu xidmət üçün müştərilərimizdən əlavə ödəniş tələb olunmur.

Sualınız var?
Daha ətraflı və dəqiq məlumat almaq üçün menecerlərimizlə əlaqə saxlayın!

Necə sifariş vermək olar?

Qiymətləndirin:
Sifarişinizin qiymətinin müəyyən edilməsi üçün materialı sktranslationcenter@mail.ru elektron ünvanına və ya WhatsApp vasitəsilə 055 380 91 56 nömrəsinə göndərin.

Razılaşdırın:
Tərcümənin şərtləri, qiyməti və müddətini telefonla və ya elekron poçt vasitəsilə müzakirə edək.

Tərcümənin keyfiyyətinin Sizin tələblərinizə uyğun olub-olmadığını dəqiqləşdirmək istərdiniz?
Bunun üçün tərcümə mərkəzimiz ödənişsiz olaraq 1 səhifəlik (1800 işarə və ya 300 söz) test tərcüməsini həyata keçirməyə hazırdır.