"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.
Şirkətimiz hər növ sənədlərin və mətnlərin yazılı tərcüməsi ilə bağlı xidmətlərini təklif edir. Biz sifarişin müştərinin tələblərinə uyğun dillərdə, zaman çərçivəsində, yüksək keyfiyyətli icra edilməsinə zəmanət veririk.
Yazılı tərcümə sahəsində peşəkar olan tərcüməçilərimiz üslub və terminologiya baxımından zəruri biliklərə sahib olmaqla, qarşılarına qoyulan vəzifələrin öhdəsindən uğurla gəlirlər.
Yüksək ixtisaslı tərcüməçilərimiz işin görülməsi prosesində yalnız şəxsi bilik və təcrübələrinə əsaslanmır, həm də tələb olunan hallarda sifarişin mövzusu ilə bağlı xüsusi mənbələrə müraciət edirlər ki, bu da maksimal yüksək nəticənin əldə edilməsinə imkan verir.
Yazılı tərcümənin qiyməti
Hər bir konkret sifarişin qiyməti fərdi olaraq hesablanır və aşağıdakı parametrlərdən asılıdır: tərcümə dili, sifarişin həcmi, zaman çərçivəsi, eləcə də mətnin mürəkkəblik dərəcəsi (mövzusu).
Qiymətlərlə bağlı daha dəqiq məlumat əldə etmək üçün menecerlərimizlə əlaqə saxlayın.
Pasport və şəxsiyyət vəsiqələrinin tərcüməsi
Diplom və qiymət vərəqələrinin tərcüməsi
Müxtəlif şəxsi sənədlərin tərcüməsi
Müqavilələrin tərcüməsi
Nizamnamələrin tərcüməsi
Hüquqi tərcümə
İqtisadi tərcümə
Tibbi tərcümə
Texniki tərcümə
Publisistik tərcümə
Sizin istəyinizə uyğun olaraq, sənədlərinizi "S&K Translation" Tərcümə Mərkəzinin möhürü ilə təsdiqləyə bilərik. Bu xidmət üçün müştərilərimizdən əlavə ödəniş tələb olunmur.
Sualınız var?
Daha ətraflı və dəqiq məlumat almaq üçün menecerlərimizlə əlaqə saxlayın!
Necə sifariş vermək olar?
Qiymətləndirin:
Sifarişinizin qiymətinin müəyyən edilməsi üçün materialı sktranslationcenter@mail.ru elektron ünvanına və ya WhatsApp vasitəsilə 055 380 91 56 nömrəsinə göndərin.
Razılaşdırın:
Tərcümənin şərtləri, qiyməti və müddətini telefonla və ya elekron poçt vasitəsilə müzakirə edək.
Tərcümənin keyfiyyətinin Sizin tələblərinizə uyğun olub-olmadığını dəqiqləşdirmək istərdiniz?
Bunun üçün tərcümə mərkəzimiz ödənişsiz olaraq 1 səhifəlik (1800 işarə və ya 300 söz) test tərcüməsini həyata keçirməyə hazırdır.