Hüquqi və fiziki şəxslər üçün hər cür tərcümə xidmətləri!

"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.

Pasport və şəxsiyyət vəsiqəsinin tərcüməsi

Pasport və şəxsiyyət vəsiqəsinin tərcüməsi


Xarici ölkələrə səfər edərkən və ya hər hansı xarici ölkədən Azərbaycana gələrkən Sizə pasportun və/və ya şəxsiyyət vəsiqəsinin tərcüməsi lazım ola bilər.

Bu cür sənədlərin tərcüməsi zamanı xarici dil biliyi və sənədin düzgün tərtibatı ilə yanaşı (məsələn, soyad, ad, ata adının düzgün transkripsiyası və ya transliterasiyası), tərcümənin notarial təsdiqi də tələb olunur. Notarial təsdiq tərcümə olunmuş sənədin hüquqi qüvvəyə malik olmasını təmin edir.

Tərcümə mərkəzimizdə fəaliyyət göstərən peşəkar tərcüməçilərimiz qısa müddət ərzində sənədlərinizin istənilən dildən Azərbaycan dilinə və əksinə keyfiyyətli tərcüməsini həyata keçirəcəklər.

Diqqətli olun. Şəxsi sənədlərimizi qeyri-peşəkarlara etibar etməyin - bu, Sizin üçün əlavə xərcə, vaxt itkisinə və lazımsız əziyyətlərə gətirib çıxara bilər.

Sizin istəyinizə uyğun olaraq, sənədlərinizi "S&K Translation" Tərcümə Mərkəzinin möhürü ilə təsdiqləyə bilərik. Bu xidmət üçün müştərilərimizdən əlavə ödəniş tələb olunmur.

Sualınız var?
Daha ətraflı və dəqiq məlumat almaq üçün menecerlərimizlə əlaqə saxlayın!

Necə sifariş vermək olar?

Qiymətləndirin:
Sifarişinizin qiymətinin müəyyən edilməsi üçün materialı sktranslationcenter@mail.ru elektron ünvanına və ya WhatsApp vasitəsilə 055 380 91 56 nömrəsinə göndərin.

Razılaşdırın:
Tərcümənin şərtləri, qiyməti və müddətini telefonla və ya elekron poçt vasitəsilə müzakirə edək.

Tərcümənin keyfiyyətinin Sizin tələblərinizə uyğun olub-olmadığını dəqiqləşdirmək istərdiniz?
Bunun üçün tərcümə mərkəzimiz ödənişsiz olaraq 1 səhifəlik (1800 işarə və ya 300 söz) test tərcüməsini həyata keçirməyə hazırdır.