"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.

Müqavilələrin tərcüməsi
Bir qayda olaraq, müqavilənin imzalanması uzunmüddətli əməkdaşlığın başlanğıcı olur. Tərcümə mərkəzinin sözləşmədə sadəcə vasitəçi rolu oynamasına baxmayaraq, iki potensial tərəfdaş arasındakı münasibətlər, eləcə də onların gələcək əməkdaşlığının uğuru məhz tərcümənin keyfiyyətindən asılıdır.
Biz bunu yaxşı dərk edərək, müqavilələrin tərcüməsini yalnız təcrübəli və hüquqi sahədə məlumatlı olan tərcüməçilərimizə etibar edirik. İxtisaslı əməkdaşlarımız müqavilənin spesifik predmetini (icarə, alqı-satqı, mal tədarükü, xidmətin göstərilməsinə dair və s.), hüquqi və işgüzar terminologiyanı nəzərə almaqla keyfiyyətli tərcümə məhsulu ortaya qoyurlar.
Bundan başqa, müqavilə hüquqi sənəd olduğu üçün biz adların, mülkiyyət formalarının və s. düzgün yazılışına diqqət edir, və trəddüd olan hallarda sifarişçi ilə razılaşdırırıq.
Biz sifarişçinin tələblərinə diqqətlə yanaşaraq, müqavilənin mətninin müvafiq qaydada tərtibatını (məsələn, orijinal və tərcümə variantı iki sütunda və s.), işin tələb olunan zaman çərçivəsində icrasını, məxfiliyin qorunmasını və sifarişçinin istəyi ilə tərcümə mərkəzinin möhürü ilə təsdiqlənməsini təmin edirik.
Sizin istəyinizə uyğun olaraq, sənədlərinizi "S&K Translation" Tərcümə Mərkəzinin möhürü ilə təsdiqləyə bilərik. Bu xidmət üçün müştərilərimizdən əlavə ödəniş tələb olunmur.
Sualınız var?
Daha ətraflı və dəqiq məlumat almaq üçün menecerlərimizlə əlaqə saxlayın!
Necə sifariş vermək olar?
Qiymətləndirin:
Sifarişinizin qiymətinin müəyyən edilməsi üçün materialı sktranslationcenter@mail.ru elektron ünvanına və ya WhatsApp vasitəsilə 055 380 91 56 nömrəsinə göndərin.
Razılaşdırın:
Tərcümənin şərtləri, qiyməti və müddətini telefonla və ya elekron poçt vasitəsilə müzakirə edək.
Tərcümənin keyfiyyətinin Sizin tələblərinizə uyğun olub-olmadığını dəqiqləşdirmək istərdiniz?
Bunun üçün tərcümə mərkəzimiz ödənişsiz olaraq 1 səhifəlik (1800 işarə və ya 300 söz) test tərcüməsini həyata keçirməyə hazırdır.