"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.
"S&K translation" Tərcümə Mərkəzi istənilən xarici dilə keyfiyyətli tərcümə xidmətləri təklif edir.
Əsasən istifadə olunan dillər - Rus dili, İngilis dili, Alman dili, Ukrayna dili, Türk dili, Gürcü dili, Fransız dili, fars dili və s. dillərdir. Məhz bu dillər iş həcmimizin 90%-dən artıq hissəsini təşkil edir.
Siz həmçinin digər, daha nadir dillərə tərcümə və əlaqədar xidmətlər sifariş edə bilərsiniz.
Dünyada hər bir dil öz unikallığı və bənzərsizliyi ilə seçilir. Buna görə də, biz yalnız peşəkar və səriştəli tərcüməçilərlə əməkdaşlıq edirik. Nəticə etibarilə, Siz təqdim etdiyiniz materialların dilşünaslıq sahəsində savadlı mütəxəssislər tərəfindən tərcümə ediləcəyindən əmin ola bilərsiniz.
Mətninizin mövzusu mürəkkəbdir və ya vaxtınız məhduddur?
Bizim ən yaxşı mütəxəssislərimiz sifarişi təfərrüatlı şəkildə nəzərdən keçirəcək, əsas terminologiyanın tərcüməsini qabaqcadan Sizinlə razılaşdıracaq və yekun məhsulun tərtibatına dair tələblərinizi diqqətə alacaqlar.
Tərcüməçilərin mütəşəkkil komanda şəklində işi sayəsində biz iri, mürəkkəb və qısa müddətli sifarişlərin keyfiyyətli icrasına zəmanət veririk.
Sizin istəyinizə uyğun olaraq, sənədlərinizi "S&K Translation" Tərcümə Mərkəzinin möhürü ilə təsdiqləyə bilərik. Bu xidmət üçün müştərilərimizdən əlavə ödəniş tələb olunmur.
Sualınız var?
Daha ətraflı və dəqiq məlumat almaq üçün menecerlərimizlə əlaqə saxlayın!
Necə sifariş vermək olar?
Qiymətləndirin:
Sifarişinizin qiymətinin müəyyən edilməsi üçün materialı sktranslationcenter@mail.ru elektron ünvanına və ya WhatsApp vasitəsilə 055 380 91 56 nömrəsinə göndərin.
Razılaşdırın:
Tərcümənin şərtləri, qiyməti və müddətini telefonla və ya elekron poçt vasitəsilə müzakirə edək.
Tərcümənin keyfiyyətinin Sizin tələblərinizə uyğun olub-olmadığını dəqiqləşdirmək istərdiniz?
Bunun üçün tərcümə mərkəzimiz ödənişsiz olaraq 1 səhifəlik (1800 işarə və ya 300 söz) test tərcüməsini həyata keçirməyə hazırdır.