Hüquqi və fiziki şəxslər üçün hər cür tərcümə xidmətləri!

"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.

Hüquqi tərcümə

Hüquqi tərcümə


Hüquqi tərcümə şirkətimizin profil istiqamətlərindən biridir.

Hüquqi tərcümə - hüququn müxtəlif sahələrinə aid mövzuda mətnlərin tərcüməsidir. Bu cür materiallar çox vaxt müxtəlif dillərdə danışan insanlar arasında hüquqi məlumat mübadiləsi aparılması üçün istifadə olunur.

Hüquqi sənədlərə təsis sənədləri, nizamnamələr, məhkəmə sənədləri, müqavilələr, razılaşmalar, hesablar, patentlər, qanunlar, beynəlxalq standartlar, səfirliklərin sənədləri, tender sənədləri, hüquqi sahəyə aid elmi işlər və s. aiddir.

Hüquqi sənədlərdə hər bir söz əhəmiyyətlidir. Buna görə də, tərcümədə orijinal sənədin mənası xırdalıqlarına qədər saxlanmalıdır.

Bu cür mətnlərin əsas özəlliyi - profil terminologiyasının aktiv istifadəsidir ki, bu da tərcüməyə müəyyən texniki mürəkkəblik qazandırır. Məhz buna görə hüquqi sənədlərin tərcüməsi həmin sahədə təcrübəsi olan mütəxəssis tərcüməçilər tərəfindən yerinə yetirilməlidir.

Mütəxəssis-tərcüməçilər illərlə hüquq sahəsinə aid qlossari toplayır, yəni hüquqi terminlərin dəqiq və adekvat ifadə şəklini öyrənərək işlərində tətbiq edirlər.

"S&K translation" Tərcümə Mərkəzində hüquqi sənədlərinizi təcrübəli və peşəkar tərcüməçilərə etibar edərək, işinizin məxfiliyi qorunmaqla, keyfiyyətli şəkildə yerinə yetiriləcəyindən əmin ola bilərsiniz.

Sizin istəyinizə uyğun olaraq, sənədlərinizi "S&K Translation" Tərcümə Mərkəzinin möhürü ilə təsdiqləyə bilərik. Bu xidmət üçün müştərilərimizdən əlavə ödəniş tələb olunmur.

Sualınız var?
Daha ətraflı və dəqiq məlumat almaq üçün menecerlərimizlə əlaqə saxlayın!

Necə sifariş vermək olar?

Qiymətləndirin:
Sifarişinizin qiymətinin müəyyən edilməsi üçün materialı sktranslationcenter@mail.ru elektron ünvanına və ya WhatsApp vasitəsilə 055 380 91 56 nömrəsinə göndərin.

Razılaşdırın:
Tərcümənin şərtləri, qiyməti və müddətini telefonla və ya elekron poçt vasitəsilə müzakirə edək.

Tərcümənin keyfiyyətinin Sizin tələblərinizə uyğun olub-olmadığını dəqiqləşdirmək istərdiniz?
Bunun üçün tərcümə mərkəzimiz ödənişsiz olaraq 1 səhifəlik (1800 işarə və ya 300 söz) test tərcüməsini həyata keçirməyə hazırdır.