"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.

Şifahi (ardıcıl və sinxron) tərcümə
"S&K translation" Tərcümə Mərkəzi öz müştərilərinə həm biznes, həm də şəxsi məqsədlər üçün şifahi ardıcıl və sinxron tərcümə xidmətləri təklif edir.
Ardıcıl tərcümə danışanın nitqinin onun verdiyi pauzalarda şifahi tərcümə edilməsidir. Ardıcıl tərcümənin yerinə yetirilməsi zamanı danışan şəxs fikrini ifadə edərkən arada pauzalar verərək, tərcüməçinin onun danışdığını tərcümə etməsini gözləyir və bundan sonra danışığına davam edir.
Bu növ tərcümə yüksək səviyyədə dil biliyi və yüksək peşəkarlıq tələb edir. Sizdən yalnız hazırlıq üçün materialları təqdim etmək tələb olunur.
Sinxron tərcümədən fərqli olaraq, ardıcıl tərcümə zamanı xüsusi texniki avadanlıq tələb olunmur, buna görə də istənilən şəraitdə və istənilən vəziyyətlərdə ardıcıl tərcüməçinin xidmətinə müraciət etmək olar.
Bundan başqa, ardıcıl tərcümə zamanı, sinxron tərcümədən fərqli olaraq, tərcüməçinin üzərinə daha az yük düşdüyü üçün, uzun müddət ərzində bir tərcüməçi tərəfindən icra oluna bilər.
Nəticə etibarilə, ardıcıl tərcümə sinxron tərcümədən olduqca sərfəlidir və xarici nümayəndələrin iştirak etdiyi bir sıra tədbirlərin tərcüməsi üçün ideal variant ola bilər:
- mətbuat konfranslarında, sərgilərdə, seminarlarda və simpoziumlarda tərcümə
- inşaat meydanalarında tərcümə
- dəyirmi masa ətrafında danışıqların tərcüməsi
- video-konfransların və telefon danışıqlarının tərcüməsi və s.
Sinxron tərcümə - danışan şəxs tərcüməçinin düşünməsi və məlumatı qəbul etməsi üçün heç bir pauza vermədən öz fikrini ifadə edərkən, tərcüməçinin tərcümə prosesini icra etdiyi şifahi tərcümədir. Yəni sinxronçu demək olar ki, danışanla eyni zamanda tərcümə etməlidir.
Sinxron tərcümə şifahi tərcümənin ən mürəkkəb növüdür. O, xüsusi hazırlıq, çoxillik fəal təcrübə və daim öz üzərində işləmə tələb edir.
Mətnin keyfiyyətli alınması üçün sinxronçu tərcüməçilər xeyli müddət əvvəldən sifariş üzərində işləməyə başlamalıdırlar. Çünki sinxronçu olduqca mürəkkəb işi icra edir.
Həmçinin qeyd etmək lazımdır ki, sinxron tərcümənin təşkili üçün xüsusi avadanlığın quraşdırılması (nitqi ötürmə sistemləri, tərcüməçilər üçün kabinələr və s.) tələb olunur.
Nəticə etibarilə, keyfiyyətli layihənin icrası üçün böyük hazırlıq mərhələsi tələb olunur. Buna görə də, biz şifahi sonxron tərcümə sifarişini əvvəlcədən verməyi təkidlə tövsiyə edirik.
Şifahi tərcümə sifariş edərkən mətn materiallarını dərhal təqdim etməyiniz tövsiyə olunur, çünki tərcüməçinin işini uğurla yerinə yetirməsi üçün mövzunu dərindən öyrənməsi tələb olunur.
Nəzərə alın ki, 2 saatdan artıq müddətli sinxron tərcümə zamanı işin növbə ilə - hər saatdan bir dəyişməklə icra edilməsi üçün iki və daha artıq sinxronçu tərcüməçinin iştirakı zəruridir.
Şifahi ardıcıl və sinxron tərcümənin qiyməti fərdi qaydada müzakirə edilir.
Sizin istəyinizə uyğun olaraq, sənədlərinizi "S&K Translation" Tərcümə Mərkəzinin möhürü ilə təsdiqləyə bilərik. Bu xidmət üçün müştərilərimizdən əlavə ödəniş tələb olunmur.
Sualınız var?
Daha ətraflı və dəqiq məlumat almaq üçün menecerlərimizlə əlaqə saxlayın!
Necə sifariş vermək olar?
Qiymətləndirin:
Sifarişinizin qiymətinin müəyyən edilməsi üçün materialı sktranslationcenter@mail.ru elektron ünvanına və ya WhatsApp vasitəsilə 055 380 91 56 nömrəsinə göndərin.
Razılaşdırın:
Tərcümənin şərtləri, qiyməti və müddətini telefonla və ya elekron poçt vasitəsilə müzakirə edək.
Tərcümənin keyfiyyətinin Sizin tələblərinizə uyğun olub-olmadığını dəqiqləşdirmək istərdiniz?
Bunun üçün tərcümə mərkəzimiz ödənişsiz olaraq 1 səhifəlik (1800 işarə və ya 300 söz) test tərcüməsini həyata keçirməyə hazırdır.