"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.
Alimlər dillər arasında mövcud olan fərqlərin səbəbini müəyyən etmişlər
Amerika alimləri apardıqları tədqiqatlar nəticəsində dünyadakı bütün dillərin bir-birindən fərqlənməsinin səbəbinin iqlim və ətraf mühit olduğunu qeyd etmişlər. Bununla, tədqiqatçılar belə adlandırılan "akustik adaptasiya nəzəriyyəsini" sübuta yetirmişlər.
Belə ki, alimlərin fikrincə, dillərdəki fərqlər iqlimdən və ətraf mühitdən asılı olaraq formalaşmışdır. Məsələn, sıx tropik meşələrə malik olan regionlarda yaşayan insanların dilində aşağı tezliklər və sait səslər üstünlük təşkil edir, çünki bu, həmin şəraitdə bir-birini daha yaxşı eşitməyə imkan verir. Açıq sahələrdə yaşayan insanlarda isə, əksinə, zil səslər üstünlük təşkil edir və sait səslər daha çox istifadə olunur.
Alimlər dünyadakı 633 dili öyrənməklə bu nəticəyə gəlmişlər. Tədqiqat prosesində dünyada beş milyondan az insanın istifadə etdiyi kiçik dillərə xüsusi diqqət yetirilmişdir. Alimlər landşaftla yanaşı, havada səs dalğalarının yayılmasına təsir edə biləcək orta illik yağıntı və temperatur səviyyəsini və bu kimi digər amilləri də nəzərə almışlar. Tədqiqatçılar müəyyən etdikləri qanunauyğunluğu belə adlandırılan "akustik adaptasiya nəzəriyyəsinin" sübutu adlandırmışlar.
Qeyd edək ki, ilk dəfə müəyyən yerin landşaftının həmin yerin sakinlərinin çıxardığı səslərə təsir etməsi haqqında nəzəriyyə quşlarla bağlı meydana çıxmışdır. Belə ki, tədqiqatçılar müəyyən etmişlər ki, ayrı-ayrı quş növlərinin oxuma tərzi ilə onların meşədə, yoxsa açıq sahədə yaşamaları arasında bağlılıq mövcuddur.