"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.
Hansı dilləri öyrənməyə dəyər?
Əlavə bir dil biliyi indiki zamanda olduqca lazımlı xüsusiyyətdir. Lakin əksər insanlar üçün dil öyrənmək böyük əqli əmək tələb edən çətin bir işdir. Ən yaxşısı, sizə zövq verən və ya sizin üçün məna kəsb edən nəyisə öyrənməkdir. Çünki hansısa dili öyrənməyə böyük həvəs bu işi davam etdirmək üçün motivasiyanı saxlayır və dil biliyi aydan-aya təkmilləşir.
Əgər siz seçim etməkdə çətinlik çəkənlərdənsinizsə, dillərin qlobal əhəmiyyətinə (demoqrafiya, iqtisadi və siyasi təsir), asanlığına və şəxsi faydasına (məs: yaxşı turizm imkanları; dilə tələbatın olması) əsasən sıralandığı bu məlumat sizin köməyinizə gələ bilər:
1. İngilis dili birincilikdə rəqib tanımır. Bu, dünyada ən geniş yayılmış dildir və müxtəlif qeyri-ingilis dilli ölkələrdən olan insanlar bir-biri ilə ünsiyyət qurmaq üçün bu dildən tez-tez istifadə edirlər.
Dünya əhalisinin təxminən üçdə biri bu dili müəyyən qədər başa düşür. Demək olar ki, bütün beynəlxalq biznes, akademik və diplomatik danışıqlar Şekspirin dilində aparılır. Əksər Avropa ölkələrində bu dilə müəyyən qədər yiyələnmədən yüksək ödənişli vəzifələri əldə saxlamaq çətindir. Xoşbəxtlikdən, ingilis dilini öyrənmək nisbətən asandır.
2. İspan dili ən azından amerikanlar üçün ikinci ən lazımlı dildir. Bu, ispan dilində danışan əhali ilə (xüsusilə cənub regionlarda) ünsiyyəti asanlaşdırar, həmçinin Latın Amerikasına və ya İspaniyaya səyahət imkanlarını genişləndirər.
İspan dili BMT-nin dilidir. Həmçinin, Servantesin, Borgesin və digər 700 milyonluq əhalinin dili olan İspan dilinin ən üstün cəhəti odur ki, ona yiyələnmək heç də çətin deyil.
3. Çin dili növbəti super gücə çevrilməkdə olan ölkənin dilidir. Çin 1.3 milyard əhaliyə, dünyanın ən böyük sənaye iqtisadiyyatına və çox minillik mədəni irsə malikdir. Bu dil BMT-nin dilidir.
Çin dilində danışmaq nisbətən asan, bu dilin qrammatikası olduqca sadədir. Lakin heroqliflərə əsaslanan yazı sistemi son dərəcə mürəkkəbdir, hətta bir çox çinli belə bu yazı sisteminə tam yiyələnə bilmir.