"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.
Dünya elminin əsas problemi dil baryeridir
Kembric alimləri tərəfindən aparılmış tədqiqatın nəticələrinə görə, dünya elminin əsas problemi dil baryeridir.
Həmin tədqiqatın nəticələri "PLOS Biology" elmi jurnalında dərc olunmuşdur. Alimlər qeyd etmişdir ki, dünyada elmi işlərin üçdə birindən çoxu ingilis dilinə tərcümə olunmadığı üçün geniş kütləyə təqdim olunmur.
Alimlər, xüsusən, özlərinə aid olan zoologiya sahəsində 75 min elmi nəşri Google Scholar platformasında araşdırmış və müəyyən etmişlər ki, işlərin 35,6%-i ingilis dilinə tərcümə olunmamışdır. Onlardan 12,6%-i ispan dilində, 10,3%-i portuqal dilində, 6%-i çin dilində və 3%-i fransız dilində yazılmışdır. Ümumilikdə isə portalda 14 dildə yazılmış işlər yerləşdirilmişdir.
Tədqiqatçıların qənaətincə, "İngilis dilində danışmayan alimlərin əldə etdikləri elmi biliklər labüddən işıq üzü görmür. Bu, onların geniş kütləyə çatdırılmasına maneə yaradır...".