"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.
Körpələr həyatlarının ilk beş ayında eşitdikləri ana dilini heç vaxt unutmurlar
Cənubi-Koreya universitetinin alimlərinin gəldiyi qənaətə görə, ana dili körpələrin yaddaşına ilk beş ayda həkk olunur.
Alimlərin fikrincə, insan kiçik yaşlarında başqa ölkəyə köçsə belə, şüurunun dərinliklərində həkk olmuş gizli ana dili biliyi ömrü boyu qorunub saxlanır. Bunu sübut etmək üçün alimlər körpə dövründə Cənubi Koreyadan övladlığa götürülmüş, lakin hazırda holland dilində danışan insanların iştirakı ilə bir sıra təcrübələr aparmışlar. Məlum olmuşdur ki, onlar koreya dilini bilməsələr də, həmin dildə olan sözləri tələffüz etmək bacarığına malikdirlər.
Tədqiqatın rəhbəri Ciun Çoi valideynlərə dil öyrənmənin körpə dövrdən başladığını və faydalı dil öyrənmə bacarıqlarının da məhz həmin dövrdə formalaşdığını unutmamağı tövsiyə edir: "Öz körpələrinizlə mümkün qədər çox danışmağa çalışın, çünki onlar sizin hər kəlməsini beyinlərinə həkk edirlər".