Hüquqi və fiziki şəxslər üçün hər cür tərcümə xidmətləri!

"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.

Süni dil - Esperanto


Esperanto - planlı dildir. Rusiya və Polşanın göz həkimi Lüdvik Markoviç bu dili 1887-ci ildə ixtira etişdir. Onun məqsədi müxtəlif millətlərin nümayəndələrinin öz aralarında daha yaxşı anlaşmasına nail olmaq idi. Onun fikrincə, bu, xalqlar arasında böyük mübahisələrin və uyğunsuzluqların qarşısını ala bilərdi.

Esperanto dili kubları xatırladır. Onda 16 əsas qrammatik qayda və sözdən əvvəl və ya sonra işlədilən müxtəlif hecalar vardır. Məsələn, əgər sözün sonuna "j" əlavə etsək, cəm forması alınar. Belə halda, "arbo" ("ağac") sözü "arboj" ("ağaclar") mənasını bildirər.

Bu gün esperanto dilində nə qədər insanın danışdığı mütəxəssislərə dəqiq məlum deyil. Bu rəqəm yarım milyonla 3,5 milyon arasında dəyişir. Hər il esperanto dilində 200-dən artıq kitab nəşr olunur. Süni dildə filmlər və musiqi də vardır.

Lakin esperanto dünyanın ümumi dili kimi bərqərar ola bilməmişdir. Bu gün bir çox insanlar ünsiyyət dili olaraq ingilis dilindən istifadə edirlər.



Digər maraqlı məlumat və yeniliklərlə tanış olun >>