"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.
Google Maps istifadəçilərin rəylərini müxtəlif dillərə tərcümə etməyə başladı
Google Maps kartoqrafiya xidməti istifadəçilərin rəylərini müxtəlif dillərə tərcüməyə etməyə başlayıb. Bu barədə Google şirkəti özünün rəsmi bloqunda məlumat verib.
Şirkətin yazdığına görə, "Siz yeni bir ölkəyə səyahətə yollanarkən qarşınıza iki böyük problem çıxır: hara getməli və olduğunuz yerin sakinlərinin dilini necə başa düşməli. Siz növbəti dəfə yeni yerə düşsəniz və oradakı restoranlar və ya görməli yerlər haqqında öyrənmək istəsəniz, Google bütün rəyləri sizin qurğunuzun dilinə tərcümə edəcək".
Rəylərin avtomatik tərcüməsi yalnız Google Maps xidmətində deyil, həm də Google Search xidmətində də işləyəcək.
"Ən vacibi odur ki, sizin nəsə etməyinizə ehtiyac yoxdur. Sadəcə Google Maps və ya Search xidmətini açın, sizə lazım olan yeri tapın və onunla bağlı bütün rəylər avtomatik olaraq tərcümə olunacaq", -Google yazır.