"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.
Alimlər bütün bəşəriyyət üçün ümumi dil tapdılar
ABŞ, Almaniya, İsveçrə, Argentina və Niderlanddan olan linqvist və kibernetiklərdən ibarət beynəlxalq alimlər qrupu bəşəriyyətin vahid bir dildə danışdığını müəyyən etmişdir.
Alimlər xüsusi kompüter proqramlarının köməyi ilə 3700 dildə, yəni dünyada mövcud olan bütün dillərin 62%-də işlədilən 40-100 əsas sözü təhlil etmişdir. Onlar əvvəllər dilçilərin görə bilmədiyi qanunauyğunluqları aşkarlamağa nail olmuşlar. Alimlər sensasion nəticə çıxarmışlar: bəşəriyyət bir dildə danışır.
Əvvəllər hesab edilirdi ki, sözlərin səslənməsi müxtəlif xalqların etimologiyasından və tələffüz xüsusiyyətlərindən asılıdır. Lakin kompüter vasitəsilə tədqiqat müəyyən etdi ki, dünyanın bütün dilləri gizli ümumi köklərə malikdir. Əsas sözlərin formalaşması prosesində insanlar öz mənşəyindən və yaşadığı yerdən asılı olmayaraq, eyni səsləri seçirlər.
Bu xüsusiyyətin bütün bəşəriyyət üçün ümumi olduğu məlum olmuşdur. Beləliklə, sözün səslənməsi ilə onun mənası arasındakı əlaqə, əvvəllər hesab edildiyi kimi, təsadüfi deyildir. Lakin tədqiqatlarda insanların əsas sözlərin təsviri zamanı nə üçün eyni səslərdən istifadə etməsinin izahatını vermək hələ də mümkün olmamışdır.
Tədqiqatın həmmüəllifi doktor Morten Kristiansenin sözlərinə görə, alimlər belə hesab edirlər ki, bu xüsusiyyət körpələrin əsas sözləri mənimsəməsinə yardımçı olur. "Ehtimal ki, bu səslər körpələrin dilə yiyələnəsini asanlaşdırır. Bu məsələ gələcək tədqiqatlarda əsas müzakirə obyekti olacaq".