"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.
Tərcümə cihazları sahəsində inqilab - Translate One2One
Cəmi bir neçə il əvvəl qulağa yerləşdirilə bilən və real zaman rejimində nitqi lazımi dilə tərcümə edən universal tərcümə cihazı ideyası elmi fantastikaya bənzəsə də, bu gün bu artıq reallıqdır.
Belə ki, Avstraliya startapı Lingmo ınternational bizi universal tərcüməçi-qulaqcıqla bağlı elmi-fantastik fikrin reallaşdırılmasına daha da yaxınlaşdırdı. IBM Watson süni intellekt texnologiyası əsasında çalışan Translate One2One Bluetooth və ya Wi-Fi bağlantıdan asılı olmayan, ilk əlçatan tərcümə qulaqcığı olacaq.
Hal-hazırda system səkkiz dili dəstəkləyir: mandarin-çin dili, yapon dili, fransız dili, italyan dili, alman dili, portuqal dilinin braziliya variantı, ingilis dili və ispan dili. Quraşdırılmış mikrofon danışıq sözlərini yazır və onlar üç-beş saniyə ərzində digər dilə tərcümə edilir. Həmçinin, proqramın çoxlu sayda dildə nitqi mətnə, mətni isə nitqə çevirən iOS üçün variantı da mövcuddur.