"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.
Google insan nitqini anlaya bilən robot yaradacaq
Google Brain bölməsinin əməkdaşları yaxın vaxtlarda insan nitqini anlaya bilən süni intellektə malik robotları dünyaya təqdim edəcəklərini bildirmişlər. Onların sözlərinə görə, həmin robot nitq qüsurundan və davranış tərzindən asılı olmayaraq istənilən insanla ünsiyyət qura biləcək.
Mütəxəssislərin qeyd etdiyinə görə, hal-hazırda süni intellektin tətbiq edildiyi texnologiyalar sürətli templərlə inkişaf edir. Artıq yaxın gələcəkdə robotlar insanın xarakter və davranış xüsusiyyətlərini mənimsəyə biləcəklər. Lakin ixtiraçılar işi bu mərhələdə dayandırmaq fikrində deyillər.
Son illər mütəxəssislər bu sahədə əhəmiyyətli irəliləyişə müvəffəq ola bilmişlər: maşınlar artıq sərbəst oxuya və ən müxtəlif suallara cavab verə bilirlər. Onlara hətta şer yazmağı da öyrədiblər. Lakin süni intellektin insanla mənalı ünsiyyət qurması məsələsi yeni texnologiyaların inkişafında əsas problem olaraq qalır.
Hazırda robotların söz lüğəti 20 min vahiddən artıq deyil. Maraqlıdır ki, süni intellekt artıq sözlərin sinonim variantlarını taparaq, verilən suallara cavab verə bilir.