Hüquqi və fiziki şəxslər üçün hər cür tərcümə xidmətləri!

"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.

"Aravrit" adlı yeni dil yaradıldı


İsrailli şrift dizayneri və linqvist Lavi Turkeniç həm ərəb, həm də ivrit dilində yazmağın yeni üsulunu ixtira etmişdir. O, bu yazı dilini iki dilin hibridi olaraq "Aravrit" adlandırmışdır. Yeni yazı dili L.Turkeniç tərəfindən İsrailin ərəblərlə yəhudilərin birlikdə yaşadıqları Hayfa şəhərində yaradılmışdır.

Beləliklə, "Aravrit" - həm ərəb dilində, həm də ivrit dilində oxuna bilən yeni yazı dilidir. Sözü ərəb dilində oxumaq istəyənlər sözün yuxarı hissəsinə, həmin sözü ivrit dilində oxumaq istəyənlər isə sözün aşağı hissəsinə baxmalıdırlar.

Gündəlik istifadə üçün yeni dilin yaradılması ərəb və ivrit dillərindən ibarət olan və hər iki dildə oxuna bilən 638 yeni simvolun meydana çıxmasına gətirib çıxarmışdır.

Lavi Turkeniç hal-hazırda hamı üçün yazma və çap etmə prosesini asanlaşdırmaq üçün öz layihəsinin texniki cəhətdən inkişaf etdirilməsi üzərində çalışır. Lakin o, bunun ərəb dilini sıfırdan öyrənənlər üçün yaxşı üsul olduğunu hesab etmir.

Qeyd edək ki, ivrit və ərəb dilləri eyni köklüdür, bəzi sözlər bir-birinə çox bənzəyir, bəziləri hətta eyni mənaya və tələffüz şəklinə malikdir və bu səbəbdən bu iki dil arasında sıx əlaqə mövcuddur.



Digər maraqlı məlumat və yeniliklərlə tanış olun >>