Hüquqi və fiziki şəxslər üçün hər cür tərcümə xidmətləri!

"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.

İsveçrəli alimlər delfin dilinin lüğətini tərtib edəcəklər


Stokholmda texnoloji institutun alimləri belə adlandırılan delfin dilinin lüğətini tərtib etməyi planlaşdırırlar. Tədqiqat materialı olaraq İsveçin cənubunda Kolmorden delfinariumunda yaşayan afalinlərin səsləri istifadə olunacaq.

Alınan siqnalların təhlili "Gavagai AB" şirkəti tərəfindən işlənib hazırlanmış alqoritm tərəfindən aparılacaq. Bu alqoritm təxminən 40 təbii dili təsvir edən riyazi modellərin yaradılması üçün artıq istifadə olunmuşdur. Bu cür alqoritmlər avtomatik tərcümə və orfoqrafiyanın yoxlanılması üçün istifadə olunan elektron lüğətlərin yaradılması zamanı tətbiq edilir

Alimlərin fikrincə, alqoritm afalinlərin çıxardıqları siqnalların səciyyəvi ardıcıllıqlarını müəyyən edərək, onlar arasında əlaqəni quracaq.

Dörd il davam etməsi nəzərdə tutulan tədqiqat insan və delfinlər arasında kommunikasiya yaratmağa imkan verəcək.



Digər maraqlı məlumat və yeniliklərlə tanış olun >>