"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.
CAR-da jest dili rəsmi dil statusu qazana bilər
Cənubi Afrika Respublikasının hökuməti jest dilinə rəsmi dil statusunun verilməsi ehtimalının olduğunu qeyd edir. Belə olacağı təqdirdə, bu dil həmin ölkədə sayca 12-ci rəsmi dil olacaq.
"Jest dilinə rəsmi statusun verilməsi o deməkdir ki, bu dil məktəblərdə tədris ediləcək, dövlət strukturları isə lal-karlar cəmiyyətinin üzvləri ilə ünsiyyət qura bilmək üçün müvafiq kadr cəlb etməli olacaqlar", - CAR-ın Dil Şurasının nümayəndəsi Sibusiso Nkosi bildirir.
Lal-karların özlərinə gəlincə isə, hökumətin bu təşəbbüsü onları sevindirməyə bilməz, çünki, onların fikrincə, bu qərar onların səsini hamıya çatdıracaq".
Bu günə qədər jest dili yalnız iki ölkədə - Portuqaliya və İslandiyada rəsmi dil statusuna malikdir. Finlandiyada, Avstriyada, çexiyada, Slovakiyada və İspaniyada isə bu dil konstitusiya səviyyəsində tanınır.