"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.
Türkiyə hökuməti internetdə türk dilinin saflığının qeydinə qalır
Türkiyə hökuməti internetdə istifadə olunan türk dilini ixtisarlı və alınma sözlərdən təmizləmək niyyətindədir. Dilin təmizlənməsi ilə bağlı pilot işin görülməsinə Türkiyənin IT-mütəxəssisləri Assosiasiyası cəlb edilmişdir.
Türkiyənin IT-mütəxəssisləri proqramlaşdırma və texnologiya sahəsinə aid terminlərin lüğətini tərtib edərək, həmin lüğətə 15 min söz daxil etmişdir. Onlar xarici dillərdən götürülmüş terminləri əvəz edir. Beləliklə, assosiasiya sosial şəbəkələrdə və messencerlərdə geniş yayılmış gənc slenqini düzəltmək niyyətindədir.
Bununla bağlı olaraq, Türkiyənin Baş naziri Binəli Yıldırım çıxışlarından birində belə qeyd etmişdir: "Nəsillər arasında bağları məhv edən neologizmlər, ixtisarlar üzündən artıq quş dilinə bənzəyən dilimizin çürüməsi prosesinə "dayan" deməyin vaxtı çatmışdır".