"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.
Linqvistlər Malayziyada əvvəl məlum olmayan dil aşkarlamışlar
Lund universitetinin (İsveçrə) linqvistləri Malayziyanın Sunqay Rual kəndində 280 nəfərin istifadə etdiyi, əvvəl məlum olmayan bir dil aşkarlamışlar.
Yeni unikal dil cedek adlandırılmışdır. Bu dil açıq son hecaların olması və yaxın qohum dillər üçün tipik olmayan bəzi söz formalarının mənaları ilə səciyyələnir. Onun unikallığı ondan ibarətdir ki, bu dildə başqa dillər üçün səciyyəvi olan bəzi anlayışlar, xüsusən "almaq" və "satmaq" sözləri mövcud deyil. Yerli sakinlər sadəcə olaraq heç vaxt heç nəyi alıb-satmamışlar. Bu sözlərin əvəzinə onlar ümumi istifadə və mübadilə mənasını verən anlayışlardan istifadə edirlər.
Bu dilin indiyə qədər linqvistlər tərəfindən aşkarlanmamasının mümkün səbəbləri arasında alimlər onun cexay dili ilə bənzərliyini qeyd edirlər. Bununla belə, bu iki dil arasında çoxlu fərqlər var.