Hüquqi və fiziki şəxslər üçün hər cür tərcümə xidmətləri!

"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.

Beyinin sol yarımkürəsi dil öyrənmə bacarığına görə cavabdeh deyil


Nevroloq Norman Qeşvindin beyinin sol yarımkürəsinin insanın dil öyrənmə bacarığına təsirinə dair 1968-ci il də irəli sürdüyü nəzəriyyəsi inkar edilmişdir.

Belə ki, Avropada həyata keçirilən MULTı-LATERAL layihəsinin alimləri 287 nəfərin iştirak etdiyi tədqiqat aparmışdır. Maqnit-rezonans tomoqrafiyası metodu vasitəsilə tədqiqatçılar planar hissənin eşitmə funksiyaları ilə assimetriyasını öyrənmişlər. Onlar belə bir nəticəyə gəlmişlər ki, beyinin bu hissəsi dil öyrənmə bacarığına təsir etmir.

Tədqiqatın aparıcı müəllifi, Bordo Universitetinin nəzdində Neyrodegenerativ Xəstəliklər İnstitutunun əməkdaşı Natali Surio-Mazoyerin dediyinə görə, bu, belə çox iştirakçının cəlb edildiyi ilk tədqiqat işi olmuşdur.

"Onların əksəriyyətində həqiqətən də sol beyin yarımkürəsi nitqin işlənməsinə gprə cavab verirdi. Eyni zamanda tədqiqat iştirakçıları arasında həmin funksiyanı sağ beyin yarımkürəsinin icra etdiyi şəxslər də var idi".

Beləliklə, alimlər beyinin hansı hissəsinin dillərə görə cavabdeh olduğunu dəqiq müəyyən etməyin mümkün olmadığına dair qənaətə qəlmişlər.



Digər maraqlı məlumat və yeniliklərlə tanış olun >>