"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.
Fransada alınma sözlərlə necə mübarizə aparılır?
Fansa alınma sözlərlə ən aktiv mübarizə aparan ölkələrdən biridir. Belə ki, 1975-ci ildən ölkədə fransız dilinin qorunması haqqında qanunvericilik aktı qüvvədədir. Bu qanun dili ingilis dilinin və istənilən digər dillərin təsirindən qoruyur. Həmin qanunda dilin qorunması milli mədəniyyətin qorunması kimi başa düşülür. Ən yüksək səviyyəli siyasətçilərin fikrincə, dil milli özünüdərk, milli fərdilik vasitəsidir.
Fransa Akademiyası hər il yeni leksik normativlər təsdiq edir. Hər il o, rəsmi olaraq fransız dilinin tərkibinə daxil olan 10-15 sözü təsdiq edir. Əlbəttə, akademiyanın qərarı sırf tövsiyyə xarakteri daşıyır. Buna baxmayaraq, daim KİV və reklam agentliklərinə həm aşkar, həm də gizli formada hər cür təzyiq göstərilir. Onlar ölkədə çoxdan meydana çıxmış terminin birdən xarici tələffüzdə səslənməsi hallarını diqqətlə izləyirlər. Bütün kütləvi informasiya vasitələrinin üzərinə "qeyri-fransız" sözlərinin istifadəsi ilə bağlı məhdudiyyət qoyulmuşdur və bu məhdudiyyətlərə diqqətlə nəzarət olunur.
Həmçinin radioda da bu cür norma mövcuddur. Burada mahnıların ən azı 40%-i fransız dilində səsləndirilməlidir. Televiziya aparıcıları ilə bağlı isə alınma sözlərin istifadəsinə dəqiq məhdudiyyət yoxdur. Buna görə də, 80- ci illərdə mavi ekranlarda bir çox diktorlar ingilis sözləri ilə lovğalanırdılar. Lakin ölkədə həmin dəb artıq geridə qalmışdır. Bu gün nitqdə xarici elementlərin həddən çox istifadəsi nəzakətsizlik əlaməti hesab olunur.
Dilin saflığı uğrunda mübarizədə fransız dilli Kvebek ölkəni olduqca qabaqlayır. Orada ingilisdilli əhatədə doğma dilə çox həssas yanaşılır. Belə ki, "faks" sözü əvəzinə "telekopiya" sözü işlədilir, hamının artıq vərdiş etdiyi "e-meyl" sözü isə "kuryel" ilə əvəz olunur (bu, iki fransız sözündən əmələ gəlmiş, "elektron poçt" mənasını bildirən mürəkkəb sözdür). Orada bütün ingilis mənşəli sözlərə aqressiv münasibət göstərilir. Hətta Fransa Akademiyası da artıq Kvebekdə dilin inkişafı istiqamətində görülən işləri nəzərə alır.
Lakin, fransız dili, yenə də, müxətlif sosial qrupların təsiri nəticəsində təktərkibli deyildir. Buna görə də, ucqar regionların dilinə təsir göstərmək üçün Akademiyanın bir neçə vasitəsi vardır. Burada "vau", "o-key" və digər amerikan sözləri hamı tərəfindən istifadə olunur. Gənclərin dilinə təsir göstərmək çətin məsələdir. Bu cür təsirin əsas vasitəsi - müstəsna olaraq normativ dilin tədris olunduğu təhsil sistemidir.