Hüquqi və fiziki şəxslər üçün hər cür tərcümə xidmətləri!

"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.

Google səslə axtarış sisteminə 30 yeni dil əlavə edilmişdir


Google Voice Search səslə axtarış proqramına 30 yeni dil əlavə edilmişdir. Proqram artıq 119 dili və emodzi şifahi axtarışını dəstəkləyir.

Google-un rəsmi bloqunda qeyd edildiyi kimi, "Google özünün maşın təlimi modellərinin öyrənilməsi üçün zəruri olan səs nümunlərinin toplanması üçün dillərin daşıyıcıları ilə iş aparmış və onlar artıq əlavə edilmiş dillərdə sorğuları emal edə bilir".

Yeni əlavə edilmiş dillər arasında azərbaycan, gürcü, latış, erməni , benqal dilləri, bir neçə hind dili, iki afrika dili, laos dili və s. dillər vardır.



Digər maraqlı məlumat və yeniliklərlə tanış olun >>