Hüquqi və fiziki şəxslər üçün hər cür tərcümə xidmətləri!

"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.

DeepL - Almaniyanın yeni onlayn tərcüməçisi


Google və Microsoft-un yeni rəqibi meydana çıxmışdır. Belə ki, Almaniyanın Köln şəhərində yaradılmış

DeepL (www.deepl.com) müəssisəsi Google və Microsoft tərcüməçilərini üstələyə bilər. Şirkətin adı da gələcək inkişafın istiqamətini müəyyənləşdirir - dərindən öyrənməyə (Deep Learning) və neyron şəbəkələrə fokuslaşma.

DeepL İslandiyada yerləşən super kompüterdə işləyən və 5.1 petaFLOPS (saniyədə 5 100 000 000 000 000 əməliyyat) icra edə bilən süni intellektdən istifadə edir. Bu, bir saniyədən az müddət ərzində bir milyon sözü tərcümə etmək üçün kifayət edən istehsal qabiliyyətidir. Nə üçün qutu İslandiyada yerləşir? Yenilənən enerji mənbəyi təklifləri çox olduğu üçün İslandiyada neyron şəbəkələr çox az məsrəflə işlədilə bilər. Buna görə də, gələcək apparaturanın da orada yerləşdirilməsi planlaşdırılır.

Köln müəssisəsi neyron şəbəkələrinə əsas yer verir və maşın tərcüməsinin yeni standartını müəyyən etmək niyyətindədir. Bu zaman almanlar Google və ya digər rəqiblərdən çəkinmirlər.

2017-ci ilin avqust ayında aparılmış sınaq zamanı peşəkar tərcüməçilərə DeepL, Google, Microsoft və Facebook tərəfindən tərcümə olunmuş 100 cümlə təqdim edilmiş, bu zaman DeepL-in tərcümələri 3 dəfə çox hallarda ən yaxşı olaraq qiymətləndirilmişdir.

DeepL alman, ingilis, fransız, ispan, italyan, polşa və holland dilləri arasında 42 dil kombinasiyasına yiyələnmişdir. Lakin neyron şəbəkələrin artıq şimali çin, yapon və rus dillərinə yiyələnməsi üzərində işlər gedir.



Digər maraqlı məlumat və yeniliklərlə tanış olun >>