"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.
Poliqlot şəhər
Dünyada hansı şəhərdə ən çox sayda dildə danışırlar? Bu, Avropanın meqapolislərindən biri London deyil. Bu, Nyu-York şəhəridir.
Belə ki, Nyu-York əhalisi 800-dən çox dildə danışır. Məlumat üçün qeyd edək ki, dünyada ən çox "linqvistik müxtəlifliyə" malik ölkə 820-yə qədər dilin istifadə olunduğu Papua - Yeni Qvineyadır.
Nyu-Yorkda isə ən çox "linqvistik müxtəlifliyə" malik rayon Kuinsdir. Kuinsin sakinləri təxminən 138 dilin daşıyıcısıdır.
Nyu-Yorkda ingilis dili ən geniş yayılmış dil olaraq qalır. Lakin Nyu-Yorkda yaşayanların yalnız 51%-i ingilis dilinin daşıyıcısıdır. Ana dili ingilis dili olmayan əhalinin təxminən 53,8%-i ingilis dilində o qədər də yaxşı danışmır və Nyu-York sakinlərinin təxminən 23%-i ingilis dilində öz fikirlərini çətinliklə ifadə edə bilirlər.
Nyu-Yorkda ikinci ən geniş yayılmış dil ispan dilidir. Nyu-York sakinlərinin təxminən 25%-i ispan dilində danışır (təxminən 1,87 mln. nəfər). Nyu-Yorkda yaşayan Latın Amerikalı əhalinin əksəriyyəti - Puerto-Rikalılardır (33%), ikinci yerdə Dominikanlılar durur ( 25%), 13% isə Meksikadan gələnlərdir.
Çin dili üçüncü ən geniş yayılmış dildir. Nyu-Yorkda 6 Çayntaun rayonu vardır.
Nyu-York yox olmaqda olan dillərin canlı kitabxanasıdır. Bu şəhərdə aramey dilindən tutmuş zaqava dilinə qədər ən nadir dillərin daşıyıcılarına rast gəlmək olar.