"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.
Kritik vəziyyətlərdə xarici dildə düşünmək daha səmərəlidir
Dil bizim təfəkkürümüz, düşüncəmiz, yaddaşımız və qavrayışımızla sıx əlaqəlidir . Hər kəs öz doğma dilində düşünür və ətrafda baş verən hər şeyi dil vasitəsilə qavrayır.
Bəzən kritik vəziyyətdə qərar qəbul etmək üçün bizim bir saniyədən az vaxtımız ola bilər. Belə halda xarici dil bizim köməyimiə çata bilər.
Belə ki, Çikaqo Universitetinin və Barselonada Pompeu Fabra Universitetinin alimləri xarici dildə düşünmənin stress vəziyyətində effektivliyini aşkarlamışlar. Onlar bir sıra sınaqlar keçirmiş, həmin sınaqların iştirakçılarından bir insanın həyatını qurban verərək beş nəfərin həyatını xilas etmək tələb olunmuşdur. Sınağın iştirakçıları ana dillərində düşünmədikləri zaman bu qərarı daha asan vermişlər.
Demək, biz xarici dildə düşünərkən doğma dilimizdə olan artıq emosiyalar lazımi məsələnin üzərində fikrimizi cəmləşdirməyə mane olmur. Xarici dil diqqəti ləngitməyə və artıq emosiyaları kənarda qoyaraq, deyilmiş və ya oxunmuş fikrə diqqəti cəmləşdirməyə kömək edir.