"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.
Ən mürəkkəb dillərdən biri tabasaran dilidir
Bütün dünyada insanlar 5000 dildə və dialektdə danışırlar. Yalnız Hindistanda 845 dialekt var. Çin dilinin mandarin dialektində danışan insanların sayı ən çoxdur - 748 mln. nəfər. Bu siyahıda ikinci yeri ingilis dili tutur. Belə ki, ingilis dili 330 mln. nəfərin ana dili olsa da, bu dili bilən insanların sayı iki dəfə artıqdır. Bütün mövcud dillərin 10%-ni Yeni Qvineyada Papua dilləri təşkil edir.
Ginnesin rekordlar kitabına dillər müxtəlif meyarlar üzrə daxil edilmişdir: ən qədim dillər, ən geniş yayılmış dillər, ən mürəkkəb dillər və s.
Ən mürəkkəb dillərin siyahısına, "hayda", eskimos, çin dilləri ilə yanaşı, Dağıstanın 14 dövlət dilindən biri olan tabasaran dili də daxil edilmişdir.
Tabasaran dilində ismin 48 halı mövcuddur, fellər isə mürəkkəb zaman və forma sisteminə malikdir. 1928-ci ildə latın əlifbası əsasında tabasaran əlifbası tərtib edilmiş, 1938-ci ildə isə həmin əlifba latın əlifbası ilə əvəz edilmişdir. Həmin əlifbada 5 sait, 55 samit səs vardır.
Tabasaran dilinin şimal dialektində iki qrammatik təsnifat mövcuddur: şüurlu isimlər sinfi və şüursuz isimlər və əşyalar sinfi.
Məktəblərdə tabasaran dilinin tədrisi məcburi deyil. Bu dil mürəkkəb olduğu üçün onu getdikcə daha az adam öyrənir. Bu gün isə tabasaran dilini yalnız Rubas çayının yanında yerləşən, tabasaranların yaşadığı mənzərəli kəndlərdə eşitmək olar.