Hüquqi və fiziki şəxslər üçün hər cür tərcümə xidmətləri!

"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.

"Kriptovalyuta" və "bitkoin" terminləri rəsmi lüğətə daxil edilmişdir


Rəqəmsal iqtisadiyyat sahəsinə aid terminlər, o cümlədən "kriptovalyuta" və "bitkoin" terminləri ingilis dilinin Merriam-Webster onlayn-lüğətinə daxil edilmişdir.

Lüğətə ümumilikdə müxtəlif sahələrdən olan 850 yeni termin daxil edilmişdir. Blockchain, cryptocurrency və bitcoin sözləri rəsmi olaraq qəbul edilmişdir.

Lüğətdə verilən izahata əsasən, kriptovalyuta yalnız rəqəmsal formada mövcud olan və mərkəzi emitəntə malik olmayan istənilən valyutalara deyilir.

Bitkoin bir-ranqlı onlayn transaksiyalar üçün rəqəmsal valyuta kimi, blokçeyn isə desentralizasiya olunmuş, hamıya açıq olan şəbəkə daxilində eyni zamanda istifadə etmək və yaymaq mümkün olan məlumatdan ibarət rəqəmsal baza kimi izah edilir.

Unicorn ("təkbuynuz") sözünə isə yeni məna əlavə edilmişdir. Belə ki, kraudfandinqdə milliard dollardan yuxarı investisiya cəlb etməyə nail olmuş startaplar belə adlandırılır.



Digər maraqlı məlumat və yeniliklərlə tanış olun >>