Hüquqi və fiziki şəxslər üçün hər cür tərcümə xidmətləri!

"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.

Yapon dilində yeni rəng adı


Hələ otuz il əvvəl yapon dilində mavi rəngi bildirən münasib bir söz yox idi, zəruri hallarda isə ao ("göy") və ya midori ("yaşıl") sözləri istifadə olunurdu.

Bir qrup linqvistin apardığı tədqiqatın nəticələrinə görə son otuz ildə yaponlar mavi rəngi bildirmək üçün çox vaxt midzu sözündən istifadə etmişlər. Demək olar ki, bütün dillərdə insanın gözü tərəfindən qavranan yalnız bir neçə əsas rəngin adı vardır. Bəzi dillərdə iki sözlə kifayətlənirlər - tünd və açıq. Lakin elədillər də var ki, onlarda əsas rəngləri bildirən iyirmidən artıq söz vardır.

Alimlərin ehtimalına görə, yapon dilində çoxlu ingilis mənşəli alınma söz meydana çıxmışdır və bu, rəng terminlərində də öz əksini tapmalı idi. Buna görə də, tədqiqatçılar yapo dilində ən çox istifadə olunan rəng terminlərini aşkarlayaraq, onları müasir amerikan və ingilis dillərindən və otuz il əvvəlki yapon dilindən götürülmüş eyni məlumatlarla müqayisə etmişlər.

Təcrübədə iştirak edən 57 nəfər yapon dilinin daşıyıcısından 320 rəng birləşməsinin adını çəkmək tələb olunmuşdur. İştirakçılar rəng çalarlarını 93 müxtəlif terminlərlə adlandırmışlar. Səkkiz rəngin adı yalnız yapon dilinə xas olmuşdur: midzu ("su", mavi rəngə uyğundur), hada ("dəri rəngi" - şaftalı rəngi), mattya ("təntənəli yaşıl çay" - sarımtıl-yaşıl), udo ("palçıq" - xardal rəngi), endzi ("şabalıdı"), kon ("indiqo"), yambuki ("qızıl çiçək" - qızılı), kuritibukara ("bej"). İstifadə tezliyinə görə əsas rənglərə ən yaxın olan midzu sözü olmuşdur.



Digər maraqlı məlumat və yeniliklərlə tanış olun >>