"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.
Türk linqvistləri "quş dilinin" əlifbasını hazırlayacaqlar
Türkiyədə "quş dili" üçün əlifbanın işlənib hazırlanması istiqamətində layihəyə start verilir.
Quş dilində ünsiyyət fit çalmaqla baş verir. Türkiyənin şimalında Herisun bölgəsinin təxminən 10 min sakini bu dildə "danışa" bilir. Bu dilin vətəni Kuşköy kəndi hesab edilir. Əvvəllər dağlıq regionların sakinləri uzaq məsafədə olduqda quş dili vasitəsilə bir-biri ilə ünsiyyət yaradırdılar. Lakin mobil telefonların meydana çıxması ilə bu dilə ehtiyac azalmağa başladı. 2017-ci ildə UNESCO ünsiyyət aləti kimi quş dilinin yox olma təhlükəsi altında olduğunu bildirərək, onu qeyri-maddi və mədəni irs siyahısına daxil etdi.
Quş dili əlifbasının yaradılması layihəsinin məqsədi bu nadir dili qoruyub saxlamaqdır. Həmin layihə üzərində həm linqvistlər, həm də musiqiçilər işləyəcəklər. Əvvəlcə dil notlar vasitəsilə yazılacaq, sonra isə hərflərə köçürüləcəkdir.
Herisun Universitetinin professoru Musa Gençin sözlərinə görə, adi şəraitdə insanın səsi ən çoxu 500 metrdən eşidilir, halbuki "fitlə ünsiyyət" yaxşı hava şəraitində 30 kilometrə qədər yayılır.