"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.
Genetika müxtəlif dillərdə samitlərin sayına təsir edir
Yel Tibb Məktəbinin (ABŞ) alimləri professor Ceffri Qrüenin rəhbərliyi altında aşkarlamışlar ki, dildə olan samit səslərin sayı DCDC2 geninin ekspressiyasına görə cavabdeh olan READ1 tənzimləyici elementin polimorfizmi ilə müəyyənləşir. Həmin gen səs axınının fonoloji emalı üçün lazımdır.
Bunu sübut edən tədqiqat prosesində alimlər müasir insanların əcdadlarının və müxtəlif dillərin daşıyıcıları olan 43 xalqın nümayəndələrinin genetik materialında READ1 allellərini tədqiq etmişlər. Məlum olmuşdur ki, məhz bu gen və onun mutasiya xüsusiyyətləri dillərdə səslərin sayına təsir edir. Hətta, READ1 Yeni Dünyanın meymunlarında olmasa da, bütün hominidlərdə mövcuddur.
Tədqiqatçılar belə nəticəyə gəlmişlər ki, READ1 allelləri həm fonoloji məlumatın emalı ilə bağlı fərdi qabiliyyətlərdə, həm də təbii dillərin təkamülündə həlledici rol oynayır.