Hüquqi və fiziki şəxslər üçün hər cür tərcümə xidmətləri!

"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.

Mütəxəssislər süni intellektin nə üçün hələ insandan yaxşı tərcümə etmədiyini izah etdilər


Müxtəlif dillərdə danışan insanlar texnologiyalar sayəsində bir-birini daha yaxşı başa düşməyə başlamışlar. Bununla belə, söhbət biznes və ya marketinqdən getdikdə dil maneə olaraq qalır. Qeyri-düzgün tərcümə şirkətlərin nüfuzuna təsir edə və ya maliyyə çətinliklərinə gətirib çıxara bilər.

Google tərcüməçisinin hesabında onlarla dil vardır. 2016-cı ilin noyabrında isə ona neyron şəbəkəsi inteqrasiya olunmuş və bu, tərcümənin keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəltmişdir. Bununla belə, tərcüməçinin emalından sonra bəzi konstruksiyalar qrammatik cəhətdən natamam olaraq qalmaqdadır.

Singularity Universitetinin müəllimi Maykl Hausmanın sözlərinə görə, "Dildə, məsələn, şahmatda olduğu kimi, dəqiq və aydın qaydalar yoxdur. Söhbət qeyri-məhdud sayda həlldən gedə bilər. Maşın ona yeganə düzgün cavabın verilməsini gözləyir, söhbət tərcümədən gedirsə, həmin yeganə cavab olmaya da bilər. Hətta iki tərcüməçi belə öz aralarında tərcümənin düzgünlüyü haqqında razılığa gələ bilmirlər".

Google texnologiyaları artıq cümlələri ayr-ayrı sözlərə bölmədən bütöv cümlənin mənasını anlaya bilsə də, tərcümədə yenə də çətinliklər yaranır. Ceksonvill Universitetinin İspan dili kafedrasının dosenti, latın ədəbiyyatı üzrə mütəxəssis Yorq Mayfudun sözlərinə görə, "Problem bütöv cümləni anlamağın hələ kifayət olmamağındadır. Ayrıca sözün mənası cümlənin mənasndan asılı olduğu kimi, cümlənin mənası da paraqrafın və bütövlükdə mətnin mənasndan asılıdır. Mətnin mənası isə danışan şəxsin mədəniyyətindən, niyyətindən və s. asılıdır. Məsələn, kinayə və istehza yalnız geniş kontekstdə məna kəsb edir. Həmçinin idiomlar da avtomatlaşdırılmış tərcümə üçün problem ola bilər".



Digər maraqlı məlumat və yeniliklərlə tanış olun >>