"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.
İran universitetlərində azərbaycan dili tədris olunacaq
İran universitetlərində "Azərbaycan dili və ədəbiyyatı" fənni tədris ediləcək. Belə ki, İran İslam Respublikasının Təhsil və Biliyin Qiymətləndirilməsi Təşkilatı gələn ildən universitetlərin qəbul imtahanı proqramına "Azərbaycan dili və ədəbiyyatı" fənnini daxil edəcək.
İİR-da 2016-2017 tədris ilində gənclər Elm, Tədqiqat və Texnologiya Nazirliyinin icazəsi ilə bakalavriat dərəcəsində "Azərbaycan dili və ədəbiyyatı" ixtisası üzrə təhsil ala biləcəklər. Bu fənn ilk dəfə olaraq ərəb və fars dillərində fənlərlə yanaşı qəbul imtahanları proqramına daxil ediləcək.
Qeyd edək ki, İran Konstitusiyasının 15ci və 19-cu maddələrində vətəndaşlara doğma dildə təhsil almaq hüququ verilməsinə baxmayaraq, uzun illər bu iki maddə formal xarakter daşımışdır.