"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.
Həkimlər insanın söz ehtiyatına əsasən xəstəliyi təyin edə bilirlər
Depressiyadan əziyyət çəkən və intihara meylli insanları onların söz ehtiyatına görə müəyyənləşdirməyin mümkün olduğu məlum olmuşdur.
Belə ki, müasir texnologiyalar çox qısa zaman ərzində iri həcmli məlumatı emal etməyə imkan verir. Alimlər mətnlərin kompüterdə təhlili sayəsində insanın dərin depressiyada olduğunu göstərən müəyyən söz ehtiyatını aşkarlaya bilmişlər.
Tədqiqat zamanı cümlələrin orta uzunluğu, leksika, eləcə də insanların nitqinin məzmunu və üslubu nəzərə alınmışdır.
İztirab və dilxorluq hissi keçirən insanların daha çox mənfi çalarlı söz istifadə etdiyi məlumdur. Alimlər müəyyən etmişlər ki, depressiyadan əziyyət çəkən insanlar nitqlərində birinci şəxs əvəzliyini, yəni "mən", "mənim", "məni" sözlərini daha çox, ikinci və üçüncü şəxs əvəzliklərini isə (sən, siz, o və s.) daha az istifadə edirlər. Bunun səbəbi bu cür emosional vəziyyətdə insanların fikrinin özlərində və öz hisslərində cəmləşmiş olmasıdır.
Depressiyadan əziyyət çəkən insanların leksikonunda "həmişə" və ya "heç nə" kimi həcm mənalı sözlərə daha çox rast gəlinir. Mental problemi olan insanlar həmin sözləri digər insanlara nisbətən 50% daha çox istifadə edirlər, intihara meylli olan insanlarda isə bu rəqəm 80%-ə çatır.