"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.
Kxmer dili haqqında faktlar
Kxmer dili - Kambocanın rəsmi dilidir. Dünyada 16 milyona yaxın insan bu dilin daşıyıcısıdır.
Kxmer dilində bütün digər əlifbalarda olduğundan daha çox hərf vardır. Kxmer əlifbasında 33 samit və 23 sait, eləcə də 12 əlavə müstəqil sait mövcuddur. Bu səbəbdən kxmer dilində yazmağı öyrənmək çox çətindir.
Kxmer dilinin çoxlu dialektləri mövcuddur. Kxmerlərin əksəriyyəti kxmer dilində danışır. Bu dil məktəblərdə tədris edilir və kütləvi informasiya vasitələrində istifadə olunur. Kambocanın paytaxtı Pnompen şəhərində Pnompen dialektində danışırlar. Kxmer dilinin başqa bir dialekti Kambocanın şimal-şərq əyaləti olan Stunq Trenqdə geniş yayılmışdır. Kambocadan kənarda Şimal-şərqi Taylandda Şimali kxmer dialektində, Vyetnamda yaşayan kxmerlər isə Cənubi kxmer dialektində danışırlar.
Kxmer dilində salamlaşma "suzdey" kimi səslənir, "suas dey" yazılır. Bu söz hind mənşəlidir: "su" - sanskrit dilində "xeyir, rifah", "asti" - "olmaq" mənalarını bildirir. Beləliklə, "su asti" - "xeyir var" və ya "xeyir olsun!" deməkdir.
Kxmerlərdə 10 rəqəm vardır, lakin onluq çərçivəsində hesab beşə qədər gedir: 1,2,3,4,5, altı artıq - 5+1, yeddi - 5+2 və s. davam edir. Yəni, beşə qədər - "muay, pi, bey, buan, pram", davamı isə: "prammuay, prampi, prambey, prambuan" və i.a.