"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.
ABŞ-da üzərində rus dilində üç səhv olan dəmir pul kəsildi
6 iyul 2018-ci il tarixində Helsinkidə Rusiya və ABŞ prezidentlərinin sammiti baş tutdu.
Vladimir Putin və Donald Trampın görüşü şərəfinə Birləşmiş ştatlarda üzərində ingilis və rus dillərində yazılar olan sikkə hazırlandı.
Onun bir tərəfində dövlət liderləri bayraq fonunda, digər tərəfində isə danışıqların aparıldığı ərazidə yerləşən Helsinki camisi və rus dilində mətn təsvir edilmişdir. Lakin, rus dilində olan mətndə üç hərf səhvi aşkarlandı: "ддипломатическая история", "новое эра" və "Хельписнкий саммит".