Hüquqi və fiziki şəxslər üçün hər cür tərcümə xidmətləri!

"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.

Dil rəng qavrayışına təsir edir


Almaniyanın Humboldt adına Universitetinin (Berlin) alimləri hesab edirlər ki, insanın danışdığı dil onun rəngləri qavrama qabiliyyətini müəyyənləşdirir. Aparılmış tədqiqat Psychological Science jurnalında dərc edilmişdir.

Tədqiqatın əsasını linqvistik nisbilik hipotezası təşkil edir. Həmin hipotezaya görə, dil təfəkkürü formalaşdırır və hətta yeni dilin öyrənilməsi də şüura təsir edir.

Təcrübədə yunan dilinin daşıyıcısı olan 28 könüllü, 29 nəfər alman dilinin daşıyıcısı, və 47 nəfər rus dilinin daşıyıcısı iştirak etdi. Rus və yunan dillərində göy rəngin çalarlarını bildirmək üçün xüsusi sözlər mövcuddur: göy, mavi, firuzəyi və s.Alman dilində göy rəngi bildirmək üçün yalnız bir söz vardır, yerdə qalan çalarlar isə "açıq" və ya "tünd" sözləri ilə ifadə edilir.

Təcrübənin iştirakçılarına rəngli fonu olan 13 müxtəlif rəngli üçbucaq kart göstərildi: mavi fonda göy və ya tünd yaşıl fonda açıq yaşıl. Beş haldan birində fon boş saxlanmışdı. Alimlər iştirakçıların hiyləni görüb-görməyəcəklərini öyrənməyə çalışdılar.

Sonra iştirakçılardan neçə ədəd üçbucaq gördüklərini demələri xahiş olundu. Məlum oldu ki, yunan dilində danışanlar göy çalarlı üçbucaqların demək olar ki, hamısını görüblər, lakin bəziləri yaşıl rəngi nəzərdən qaçırıblar. Rus dilində danışan iştirakçıların bəzilərində də eyni hal baş verdi. Alman dilinin daşıyıcıları isə nə yaşıl, nə də göy rəngli kartı nəzərdən qaçırmadılar.



Digər maraqlı məlumat və yeniliklərlə tanış olun >>