"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.
Amerika prezidentləri arasında 11 bilinqv
Amerikanın 11 prezidentinin bir neçə dildə danışdığı məlumdur.
Con Adams (1797-1801) - ABŞ-ın ikinci prezidenti olmuşdur. O, Fransa ilə danışıqlar aparmaq üçün iki dəfə Parisə göndərilmiş və orada fransız dilində əlis danışmağı öyrənmişdir.
Tomas Ceferon (1801-1809) ispan və fransız dillərində sərbəst danışırdı.
Con Kuinsi Adams (1825-1829) - atası Parisdə işlədiyi dövrdə Con Kuinsi Adams Avropada bir neçə məktəb dəyişməli olmuş və nəticədə fransız, holland və alman dillərinə yiyələnmişdir.
Martin Van Büren (1837-1841) Nyu-York ştatında holland mühacirlərinin şəhəri olan Kinderhukda dünyaya gəlmişdir. Holland dili onun ana dili olmuş, ingilis dilini isə məktəbdə öyrənmişdir.
Teodor Ruzvelt (1901-1909) fransız, alman, italyan və latın dillərində oxuya bilirdi və öz kitabxanasında bütün bu dillərdə olan kitablar saxlayırdı.
Herbert Quver (1929-1933). Bu Amerika prezidentinin həyat yoldaşı Lu onun dil öyrənməkdə tərəfdaşı olmuşdur. Onlar birlikdə 16-cı əsrə aid sənədi latın dilindən ingilis dilinə tərcümə etmişlər. Onlar həmçinin çin dilini öyrənirdilər və işçilərin onların söhbətini eşitməsini istəmədikləri zamanlarda bir-biri ilə həmin dildə danışırdılar.
Franklin D. Ruzvelt (1933-1945) kiik yaşlarından fransız və alman dillərini öyrənmişdir.
Cimmi Karter (1977-1981). Onun qrammatika biliyi mükəmməllikdən uzaq olsa da, Cimmi Karter ispan dilində kifayət qədər yaxşı danışırdı. O, Birləşmiş Ştatların Hərbi-Dəniz Akademiyasında təhsil aldığı dövrdə bu dili öyrənmişdir.
Bill Klinton (1993-2001) alman dilini Corctaun universitetinin kollecində öyrənmişdir.
Corc Buş (2001-2009) uzun illər Texasda yaşaması sayəsində müəyyən qədər ispan dilinə yiyələnmişdir.
Barak Obama (2009-2017) altı yaşından on yaşınadək öz anası və atalığı ilə ?ndoneziyada yaşamış və orada məktəbə getmişdir. O, indoneziya dili barədə müəyyən baza anlayışları qazanmış və bir qədər nitqində istifadə edir.