Hüquqi və fiziki şəxslər üçün hər cür tərcümə xidmətləri!

"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.

"ё" hərfinin 235 yaşı tamam oldu


"ё" hərfinin rus dilinin əlifbasına daxil edilməsinin tarixçəsi Rusiya Dilşünaslıq Akademiyasının ilk iclaslarının birində - 29 noyabr 1783-cü ildə başlamışdır. Həmin iclasda akademiyanın rəhbərliyi - knyaginya Yekaterina Daşkova, eləcə də Fonvizin və Derjavin iştirak edirdilər.

İclasda iştirak edənlər sonradan "Rusiya Akademiyasının Lüğəti" kimi tanınmış Slavyan-rus dilinin tam izahlı lüğətinin layihəsini müzakirə edirdilər.

Yekaterina Romanova Daşkova "io" səsini yeni "ё" hərfi ilə işarələməyi təklif etdi. Onun göstərdiyi səbəblər inandırıcı göründü və həmin təklif akademiyanın ümumi yığıncağı tərəfindən təsdiqləndi.

Knyaginyanın təklifini həmin vaxtın bir çox aparıcı mədəniyyət xadimləri də dəstəklədilər. Onlar arasında yeni hərfi şəxsi yazışmalarında birinci istifadə etməyə başlayan Derjavin də var idi. Nəşrdə "ё" hərfinin istifadə olunduğu ilk kitab 1795-ci ildə İvan Dmitriyevin "Mənim lazımsız əşyalarım" kitabı oldu.

"ё" hərfi 1797-ci ildə öz şeirlərindən birini çapa hazırlayarkən "cлioзы" sözündə iki hərfi bir hərflə - "ё" hərfi ilə əvəz etməyə qərar verən Karamzinin sayəsində geniş yayıldı.

Həmin hadisədən sonra "ё" hərfi rəsmi olaraq rus dilinin əlifbasına daxil oldu.



Digər maraqlı məlumat və yeniliklərlə tanış olun >>