"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.
Tibbi mətnlərdə tərcüməçilərin 5 yalançı dostu
Tibbi mövzuda mətnlərlə işləyən tərcüməçilər müxtəlif dilərdə eyni cür əslənən, lakin mənaca fərqlənən sözlərə çox rast gəlirlər. Sadə anlaşılmazlıqdan tutmuş xəstənin sağlamlığına zərər vurmağa qədər xoşagəlməz nəticələrdən qaçmaq üçün, bu cür özlərlə ehtiyatlı olmaq və onları düzgün tərcümə etmək lazımdır.
Beləliklə, bu cür sözlərdən bir neçə nümunə ilə tanış olaq:
1. İngilis dilində "complexion" sözünün azərbaycan dilindəki "kompleksiya" sözü ilə heç bir əlaqəsi yoxdur. Bu söz "üzün rəngi" mənasını verir.
2. Angina â sözünü azərbaycan dilinə tərcümə edərkən onu boğaz xəstəliyi olan "angina" ilə səhv salmaq olmaz. Bu, "stenokardiya"dan başqa bir şey deyil.
3. "Communicable" sifəti tibbi mənada "kommunikabel" - ünsiyyətcil deyil. Bu söz "yoluxucu, infeksion xəstəlik" kimi tərcümə olunmalıdır.
4. İlk baxışdan sadə görünən "presentation" sözü ilə azərbaycan dilindəki "prezentasiya - nəyinsə təqdim edilməsi" sözü ilə ümumi heç nəyi yoxdur. Ginekologiyada öndə yerləşmə, xəstələrin nümayişi, hadisənin təsviri mənalarını bildirir.
5. Nəhayət, glands (təkdə: gland) sözü "qlandalar" (ing. tonsils) demək deyil, ümumilikdə vəzi mənasını bildirir.