"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.
Dünyada yalnız üç nəfərin danışdığı dil
Badeşi dilində əvvəllər Pakistanın şimalında qarlı vadilərdən birinin sakinləri danışırdı. Lakin indi bu dil, demək olar ki, yox olmuşdur: bu dildə yalnız Bişiqram vadisində üç qoca danışır.
Onlardan birinin sözlərinə görə, əvvəl onların kəndində hamı badeşi dilində danışıb. Amma kişilər qonşu kəndlərdən olan qadınlarla evləndikdən sonra öz aralarında və övladları ilə torvali dilində danışdıqları üçün tədricən həmin dil badeşi dilini sıxışdırıb istifadədən çıxarmışdır.
Bundan başqa, kişilər iş axtarışında Svata getdikləri üçün bu regionda puştu dili də yayıldı.
İndi badeşi dilində üç qocadan başqa heç kim danışmır. Öz aralarında torvali və puştu dillərində danışan yerli sakinlər isə badeşi dilində danışmağa çalışanlara pis münasibət göstərdikləri üçün, bu, vəziyyəti daha da çətinləşdirir.