"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.
Elektron lüğətlərin üstünlükləri və çatışmazlıqları
Elektron lüğətlərin yaradılması tərcüməçilərin işini xeyli yüngülləşdirmişdir. Çünki elektron lüğətlər sayəsində artıq onlar kitab formasında lüğətləri baha qiymətə almağa və həmin iri həcmli kitabları özləri iş yerinə daşımağa məcbur deyillər.
Kitabdan oxumaq daha xoş olsa da, elektron lüğətlər ənənəvi lüğətlərlə müqayisədə bir sıra üstünlüklərə malikdirlər. Həmin üstünlüklər arasında onların hər zaman əl altında olmasını, sözlüyün həcminin böyük olmasını, axtarışın daha asan və sürətli olmasını sadalamaq olar. Bundan başqa, onların bir çoxu sözün tələffüzünü dinləmək imkanı verən səs sintezatoru ilə təchiz edilmişdir.
Elektron lüğətlərin danılmaz üstünlüyü onların portativ olmasıdır. Son zamanlar mobil fərdi kompüterlərdə elektron lüğətlər populyarlıq qazanmışdır.
Bununla belə, elektron lüğətlərin bir sıra çatışmazlıqları da vardır. Belə ki, ilk elektron lüğətlərin yaradıcıları onların tez-tez yenlənəcəyini nəzərdə tutmuşdular. Lakin çoxsaylı pirat versiyaların olması üzündən elektron lüğətlər nəzərdə tutulandan az gəlir gətirdi. Buna görə də, onlar daha gec-gec yenilənməyə başladı. Elektron lüğətlərdə bir çox elm və sahələrin terminologiyaları son 15 il ərzində ümumiyyələ yenilənməmişdir. Elektron lüğətlərin başqa bir çatışmazlığı onlarda çoxlu hərf səhvlərinin və xətaların olmasıdır.
Beləliklə, elektron lüğətlərə əksər hallarda üstünlük verilsə də, xüsusilə də konkret sahənin terminologiyasını əhatə edən ənənəvi kitab formasında lüğətlərin keyfiyyətli tərcümə işinin ərsəyə gətirilməsində rolu danılmazdır.