"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.
İngilis dili rəsmi dil statusunu itirə bilər
Böyük Britaniyanın Avropa Şurasından çıxması ilə bağlı olaraq, ingilis dili Avropada dövlət dili statusunu itirə bilər. Bu barədə Konstitusiya İşləri üzrə Komitənin sədri vəzifəsini tutan Danuta Hübner məlumat vermişdir. Ekspertin sözlərinə görə, Birləşmiş Krallıq AŞ-dan çıxdıqdan sonra Avropada rəsmi ingilis dili olmayacaq. Bu barədə məlumat The Wall Street Journal-da da dərc olunmuşdur. Burada qeyd edilir ki, gələcəkdə, böyük ehtimalla, Avropa şurası fransız və alman dillərinin istifadə edilməsinə üstünlük verəcək. Avropa məmurlarından biri də, öz növbəində, bu məlumatı təsdiqləmişdir.
Eyni zamanda, ekspertlər ingilis dilinin Avropa Birliyi ölkələrində işlək dil olaraq qalacağını vurğulayırlar. O, həm məişətdə, həm də sənədləşmədə istifadə olunacaqdır.
Xatırladaq ki, AB zonasına daxil olan iki dövlətdə - İrlandiya və Maltada ingilis dili rəsmi dillərdən biridir. Bundan başqa, sosioloqların fikrincə, məhz bu dil onilliklər ərzində daha vacib hesab olunmuşdur - ingilis dilini bilmədən bu gün uğurlu biznes qurmaq və ya səyahətə yollanmaq, beynəlxalq tərəfdaşlarla əlaqələr qurmaq, hətta internetdə müəyyən malları sifariş vermək çox çətindir. Mütəxəssislər qeyd edirlər ki, ingilis dilini müxtəlif ölkələrdən olan jurnalistlər, hüquqşünaslar və məmurlar arasında universal ünsiyyət vasitəsi hesab etmək olar.
Qeyd edək ki, hal-hazırda Avropa Şurasında üç işlək dil - ingilis dili, alman dili və fransız dili, eləcə də 24 rəsmi dil istifadə olunur.
Xatırladaq ki, bu ilin iyun ayında Birləşmiş Krallığın Avropa Şurasından çıxmasının tərəfdaşları seçicilərin 16,7 milyon səs həddini aşaraq, referendumda minimal fərqlə qələbə qazandılar. Rəsmi məlumatlara görə, britaniyalıların 51,9 faizi ölkənin AŞ-dan çıxmasını lehinə səs verdilər.