Hüquqi və fiziki şəxslər üçün hər cür tərcümə xidmətləri!

"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.

"Elit" və "elitar" sözləri arasında nə fərq var?


"Elit" və "elitar" sözlərinin müəyyən kontekstdə işlənməsi ilə bağlı bəzən qarışıqlıq yaranır. Bəs onları necə fərqləndirmək olar?

"Elit" və "elitar" sifət sözləri "elita" sözündən əmələ gəlmişdir. Lüğətlərə əsasən həmin söz iki mənanı daşıyır.

Birinci mənada o, becərmə, törəmə üçün keyfiyyətcə ən yaxşı olan bitkiləri, toxumları və ya heyvanları bildirmək üçün istifadə olunur. Sözün ikinci mənası "toplu" qeydi ilə müşayiət olunur və hansısa cəmiyyətin, qruplaşmanın ən yüksək səviyyəli nümayəndələrini təsvir edir.

Beləliklə, lüğətlərə əsasən "elitar" sifəti "elita" sözünün ikinci mənası ilə bağlıdır, "elit" sifəti isə müvafiq predmeti "elita" sözünün həm birinci, həm də ikinci mənasına uyğun xarakterizə edir.

Beləliklə, "seçmə" mənasını nəzərdə tutaraq, "elit toxum", "elit qoşun" demək düzgündür. "Mal, incəsənət, məktəb, rayon, klub, kino" sözləri ilə işlədildikdə isə hər iki sifətin - həm "elit", həm də "elitar" sifətlərinin işlənməsi mümkündür.

Lakin yadda saxlamaq lazımdır ki, göstərilən sözlərlə işlədilərkən "elit" sifətində "ən yaxşı" mənası, "elitar" sifətində isə "cəmiyyətin üstün təbəqəsi - elita üçün nəzərdə tutulmuş" mənası aktual olur.



Dillərlə bağlı maraqlı məlumat və yeniliklər >>



Faydalı məlumat :                                                  


Həyatınızı rahatlaşdıracaq 10 vərdiş >>

Gün ərzində bütün işləri çatdırmağın 7 qaydası >>

İnternet asılılığından necə qurtulmaq olar? >>

Stresdən qurtulmağın yolları >>

"Yox" deməyi bacarırsınızmı? >>